17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

5 - 7 aprel 2018 • Bakı Ekspo Mərkəzi

İştirakçılar üçün » Workshop

İlk dəfə olaraq AITF sərgisi çərçivəsində WORKSHOP (B2B görüşlər) keçirilmişdir. Workshop iştirakçıları qismində bir tərəfdən sərgi eksponentləri o biri tərəfdən isə aparıcı yerli turizm şirkətləri çıxış edirdilər.

Sərgi çərçivəsində təşkil olunan qapalı, ixtisaslaşdırılmış workshop vasitəsi ilə iştirakçılar əvvəlcədən planlaşdırılmış görüşlər çərçivəsində turizm şirkətləri ilə bir sıra mühüm danışıqlar aparmaq və gələcək faydalı işgüzar əlaqələr qurmaq üçün əlavə imkanlar əldə edəcəklər.

«Hesab edirəm ki, bu gün keçirilən ikitərəfli görüşlər sərginin sonunda öz məntiqi həllini tapacaq və əməkdaşlıq əlaqələrimizin coğrafiyasını genişləndirəcəkdir.» 
Ruslan Quliyev, «Millennium Tourism & Congress DMC»  şirkətinin direktoru

«Sərgi çərçivəsində seminarın təşkili yerli turoperatorlarla işgüzar əlaqələr qurmaq baxımından imkanlarımızı daha da genişləndirəcəkdir.»
Aleksandra Streltsova, Dominikan Respublikası Turizm Nazirliyinin Türkiyə, Yaxın Şərq və Mərkəzi Asiya üzrə nümayəndəliyin direktoru

«Biz bu tədbirdə bir sıra mühüm görüşlər keçirməyə və yeni tərəfdaşlarla işgüzar əlaqələr qurmağa nail olduq. Düşünürəm ki, sərgidə keçirilən bu seminarın nəticələrini yaxın gələcəkdə müşahidə edə biləcəyik.»
Rəşad Mirzəzadə,«Khazar Travel» şirkətində daxili turizm və MICE turizm üzrə menecer

 

      

   ​​​​   

Xəbərlər

Bütün xəbərlər