17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

5 - 7 aprel 2018 • Bakı Ekspo Mərkəzi


Tərəfdaş Ölkə

» Rəylər

Regionun ən böyük beynəlxalq turizm yarmarkası olan “AITF” sərgisi yeni biznes əlaqələri və imkanları axtarışında olan bir çox turizm mütəxəssislərini özünə cəlb edir. Sərgi həmçinin reklam və kommersiya fəaliyyəti üçün media platforması rolunu oynayır.
Əbülfəs Qarayev
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mən inanıram ki, Beynəlxalq İnkişaf Naminə Davamlı Turizm İlində keçirilən “AITF 2017”, Azərbaycanın beynəlxalq turizmə verdiyi artan töhfənisi, eləcə də hər birmiz üçün daha davamlı və ədalətli gələcəyə şərait yaradan turizmin böyük imkanlarını xüsusilə qeyd edəcəkdir.
Taleb Rifai
Baş Katib Ümumdünya Turizm Təşkilatı (BMÜTT)
Beynəlxalq tədbirlərin keçirilməsi ölkənin turizm təsvirinin formalaşmasında milli mədəniyyətin, milli turizm məhsullarının təbliği və təşviqinin möhkəmləndirilməsinə öz töhfəsini verir. “AITF” kimi beynəlxalq turizm sərgiləri biznes əlaqələrinin yaradılmasında və möhkəmləndirilməsində mühüm vasitə olmaqda davam edir. Biz “AITF” mütərəqqi artımını, beynəlxalq səyahət və turizm sahəsində Azərbaycanın ən iri sərgi kimi yerləşdirilməsini məmnuniyyətlə müşahidə edirik.
Nahid Bağırov
Azərbaycan Turizm Assosiasiyasının Sədri
Hər il keçirilən və artıq ənənəyə çevrilmiş “AITF” sərgisi Azərbaycanda aparıcı beynəlxalq turizm tədbiri hesab olunur. Sərgidə fərqli turizm istiqamətlərini təqdim edən dünyanın bir çox ölkəsindən turizm şirkətləri, mehmanxana və mehmanxana şəbəkələri, aviaşirkətlər və müalicə mərkəzləri geniş şəkildə nümayiş olunurlar. “AITF” sərgisi ənənəvi olaraq eyni meydançada yerli və xarici mütəxəssisləri bir araya toplayaraq ikitərəfli görüşlər keçirmək, müzakirələr aparmaq və işgüzar əlaqələr qurmaq üçün ideal imkan yaradır. Əminəm ki, sərgi, iştirak edən şirkətlər üçün yeni müqavilələrin imzalanması, ticarət və kooperativ əlaqələrin genişlənməsində mühüm rol oynayacaq və həmçinin, səmərəli və faydalı əməkdaşlıq üçün münasib şərait yaradacaqdır.
Orxan Bayramov
ASK-nın Baş Katibi
Biz “AITF” sərgisində yeddinci dəfə iştirak edirik. Biz uzun illər ərzində Bakıda möhkəm tərəfdaşlıq və dostluq əlaqələri qurmuşuq və buna görə də bu gün ənənəvi olaraq şirkətimiz tərəfindən əldə edilmiş nailiyyətləri nümayiş etdirməklə yanaşı, ölkəmiz barədə məlumat veririk.
Aleksey Petrov
“1000 doroq” şirkətinin marketinq departamentinin direktoru
Biz Bakıda keçirilən sərgilərdə dəfələrlə iştirak etmişik və burada bizim artıq öz tərəfdaşlarımız var. Buna görə də bizim bu sərgidə iştirak etməkdə məqsədimiz bu prosesi genişləndirmək və dəstəkləməkdən ibarətdir.
Qalina Tarasova
  “Rogaška Slatina” kurortunun marketinq meneceri
“Astra S.R.O.” agentliyi artıq bir neçə dəfə Azərbaycan beynəlxalq “Turizm və Səyahətlər” sərgisində iştirak edib və bunun sayəsində də turizm sahəsində 50-dən çox tərəfdaş tapa bilib. Biz “AITF 2017” sərgisində Azərbaycan şirkətləri ilə əməkdaşlığı genişləndirməyi planlaşdırırıq. Bizim fikrimizcə, bu sərgi turizm sahəsində işgüzar əlaqələrin gələcək inkişafı üçün çox faydalıdır. “AITF” sərgisi dünyanın hər yerindən aparıcı şirkətləri bir araya gətirir və bunun sayəsində onlar Azərbaycan bazarında öz üstünlüklərini əyani surətdə nümayiş etdirə bilirlər.
Helena Yunqmanova
“Astra S.R.O.” turizm agentliyinin baş meneceri
Yüksək təşkilatçılıq səviyyəsi sayəsində sərgidə təcrübə, informasiya mübadiləsi, ziyarətçilər və digər ölkələrin nümayəndələri ilə görüşlər üçün böyük imkanlar yaradılır. Mən sərginin ilk iş günündə bir sıra turoperator və turizm agenti ilə tanış olmaq, turizm assosiasiyasının nümayəndələri ilə görüşmək fürsəti əldə etdim və bir sıra konstruktiv dialoqlar apardım. Biz ümidvarıq ki, münasibətlərimiz daha da inkişaf edəcək və biz gələcəkdə Bakıda keçirilən sərgilərdə fəal iştirak etmək niyyətindəyik.
Yelena Dın
Odessa şəhərinin nümayəndəsi
– İlk növbədə, biz sərginin təşkilatçılarına öz minnətdarlığımızı bildirmək istərdik. Biz sərginin formatını, tədbirin əhatə dairəsini çox bəyəndik və tədbirin göstərdiyi təsir bütün proqnozlarımızı üstələdi!
Fidan Gümüş
“Acibadem” şirkətinin MDB ölkələrində investisiya və biznesin inkişafı üzrə regional meneceri
–Bizim üçün “AITF” sərgisində iştirak çox vacibdir və buna görə də biz hər il Bakıya gəlirik. Sərgi istirahət, yerli mentalitet və milli sərvətlərin üstünlüklərini əks etdirmək, eləcə də qastronom maraqla yanaşı, işgüzar turizm perspektivlərini də genişləndirmək iqtidarındadır.
Darya Xolodilina
Gürcüstan Turizm İdarəsinin marketinq üzrə koordinatoru
Biz əminik ki, bizim “AITF 2017” sərgisində debütümüz turizm marşrutlarının populyarlaşmasına kömək edən layihənin dəyər və əhəmiyyətini daha da artırır.
Kristina Antonova
“ERMITAJ MEDIA” holdinqinin xarici əlaqələr üzrə rəhbər müavini
Biz Azərbaycana yerli təşkilatlarla və turizm şirkətləri ilə gələcək əməkdaşlığa dair böyük ümidlə gəlmişik. Mən gələn il Bakıya təkcə turist qismində deyil, həm də sərginin iştirakçısı qismində yenidən gələcəyimə ümid edirəm.
Diana Traçevskaya
“James&William Consultancy Ltd.” şirkətinin direktoru
Sərginin ilk iş günündən sonra qeyd edə bilərik ki, bizim təkliflər turoperatorlarla yanaşı, ayrı-ayrı şəxsləri də maraqlandırır. Sərgi yaxşı nəticələrə istiqamətlənib.
Müslimat Halimbekova
Dağıstan Respublikası Turizm və Milli Bədii Sənətlər Nazirliyinin idarə rəisi
Bizim təşkilat “AITF” sərgisində debüt edir. Artıq sərginin birinci iş günündə həm tədbirin təşkili, həm də ziyarətçilərin fəallığı bizi sözün əsil mənasında valeh edib.
Darya Sannikova
Kazan Turizmin Təşviqatı Komitəsinin direktoru
“AITF” sərgisi iştirakçılara öz unikal təkliflərini nümayiş etdirmək üçün geniş imkanlar yaradır və biz hər il bu platformadan maksimum dərəcədə faydalandığımıza görə çox məmnunuq!
Zlatka İlkova
Bolqarıstan Respublikası Turizm Nazirliyinin Marketinq, Reklam və Turizm İnformasiya İdarəsinin eksperti
Mükəmməl təşkil olunmuş “AITF” sərgisi sayı və diapazonu daim artan iştirakçı və ziyarətçiləri ilə sənaye peşəkarlarının etibarlı görüş yerinə çevrilib.
Məhəmməd Adil Embarş
Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
“CzechTourism” şirkəti “AITF” sərgisinin daimi iştirakçısıdır. Biz hər il öz işgüzar tərəfdaşlarımız, eləcə də müştərilərimizin müsbət rəylərindən həvəslənərək daha çox nəticə əldə etmək üçün bu tədbirə gəlirik.
Alena Kudilkova, “CzechTourism” şirkətinin direktoru
Biz sərginin təşkilati səviyyəsindən, habelə ziyarətçilərin, eləcə də  təmsil olunan iştirakçıların fəallığından çox razıyıq.
Olqa Sapojkova
“Larus Viaggi” şirkətinin Rusiya və MDB ölkələrindəki nümayəndəliyinin direktoru
Sərgi Azərbaycanın beynəlxalq ictimaiyyətə tanıdılmasına, habelə onun nüfuz və dəyərlərinin təbliğinə çox böyük töhfə verməklə yanaşı, tədbirin daimi iştirakçısı olan Türkiyənin də turizm potensialı və nüfuzunun təbliğində mühüm rol oynayır.
İrfan Çiftçi,
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri
“- Bu il sərginin 16-cı ildönümündə Kolumbiya səfirliyi ölkəmizin təbliğinə böyük əhəmiyyət verir. Bu tədbir bizə Kolumbiyanın milli pavilyonunu təşkil etmək və burada ölkənin turizm potensialını və mədəni irsini təbliğ etmək, eləcə də Azərbaycan ilə ikitərəfli münasibətləri genişləndirərək gücləndirmək üçün yaxşı imkan yaradır.”
Marta Qalindo
Kolumbiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili
Azərbaycan artıq 16 ildir ki, sənaye peşəkarlarının diqqət mərkəzindədir. Bu tədbir müxtəlif ölkələri təmsil edən həmkarlarla dost münasibətləri yaratmaq və işgüzar əlaqələr qurmaq, eləcə də sənaye daxilində təcrübə və ən son innovasiyaların mübadiləsini həyata keçirmək üçün imkan yaradan mühüm və nüfuzlu platformadır. Sərgilər həmişə yüksək səviyyədə keçirilir. Bu il isə biz yerli bazar üçün ekzotik olan yeni ölkə və turizm marşrutlarını təqdim edirik.
Mahnurə Qocayeva
“Amadeus” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Mən əminəm ki, Azərbaycan bazarında fəaliyyət göstərən və “AITF” sərgisində iştirak edə hər bir yerli şirkət burada turizm sektoru çərçivəsində sərgilərin başlanğıcı üçün səciyyəvi olan qızğın kommersiya fəallığından çox razıdır. Yeni şirkət və turizm istiqamətlərinin yaranması, əsas turizm regionlarının stendləri və peşəkar ziyarətçilərin marağı bu dəyərli tədbirin yüksək keyfiyyətindən xəbər verir.
Daken Şemet
“Air Astana” aviaşirkətinin Azərbaycandakı nümayəndəsi

Xəbərlər

Bütün xəbərlər