EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
» Rəylər
Regionun ən böyük beynəlxalq turizm yarmarkası olan “AITF” sərgisi yeni biznes əlaqələri və imkanları axtarışında olan bir çox turizm mütəxəssislərini özünə cəlb edir. Sərgi həmçinin reklam və kommersiya fəaliyyəti üçün media platforması rolunu oynayır”.
Əbülfəs Qarayev
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
“AITF” ölkədə təşkil olunan ən mötəbər tədbir olmaqla yanaşı, həm də ölkə turizminin inkişaf səviyyəsini nümayiş etdirən meyardır. Bu, hökumətin mühüm iqtisadi tərəqqi amili kimi turizmin inkişafını dəstəkləmək və davamlı inkişafın əldə olunmasında turizmin birbaşa rolunu təşviq etmək öhdəliyini gücləndirir. Ümumdünya Turizm Təşkilatı hər zaman “AITF” sərgisinə dəstək olmuşdur və indi də səyahətlər və turizmin gələcək istiqamətinin müəyyən edildiyi belə bir mühüm məqamda ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Azərbaycan ictimaiyyəti və özəl turizm sektoru ilə əməkdaşlıq etməyə hazırdır..
Zurab Polokaşvili
Ümumdünya Turizm Təşkilatının baş katibi
Hazırkı Bakı forumu bütün Bolqarıstan Respublikasının sərvətlərini potensial müştəri və tərəfdaşlara nümayiş etdirmək üçün mükəmməl fürsətlər yaradır və mən əminəm ki, yeni əlaqələr həm də yeni birgə təşəbbüslərə yol açacaq”.
Nikolina Angelkova
Bolqarıstan Respublikasının turizm naziri
“AITF” kimi beynəlxalq turizm sərgiləri biznes əlaqələrinin yaradılmasında və möhkəmləndirilməsində mühüm vasitə olmaqda davam edir.. Mən əminəm ki bu sərgi Azərbaycanin cəlbedici turizm imici inkişafında bizə yeni bilgilər, qarşılıqlı təcrübə mübadiləsi, turizm peşəkarları sayını artırmaq üçün güclü təkan olmasi ilə yanaşı yeni bacarıqlar və davamlı turizmin inkişafı formalaşmasında gözəl bir vasitəçidir”.
Nahid Bağırov
Azərbaycan Turizm Assosiasiyasının Sədri
“Karpatı” mehmanxana-kurort kompleksinin Bakıda keçirilən sərgilərin daimi iştirakçısı olması təsadüf deyil: Truskavets şəhərinə səfər edən xarici turistlər arasında Azərbaycan vətəndaşları birinci yeri tutur. Hesab edirəm ki, çoxlarının bizim kurort şəhəri və sanatoriya haqqında məlumat eldə etdiyi və Azərbaycanın turizm agentlikləri ilə əlaqələr qurduğumuz hazırkı sərgi bu göstəricidə böyük rol oynayıb. Biz gələcəkdə də “AITF” sərgisində iştirak etmək niyyətindəyik, çünki Azərbaycanlı turistlərin Truskavets şəhərinə gəlməsi və sanatoriyamızı ziyarət etməsi bizim üçün çox mühüm əhəmiyyət kəsb edir”.
Ruslan Pristay
“Karpatı” mehmanxana-kurort kompleksi ASC-də Baş direktor müavini, Truskavets
“Bu bizim “AITF” sərgisində ikinci iştirakımızdır. Ötən il biz Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevlə görüşdük və Bakıdan İzmirə gedən sərfəli reyslərin açılmasının zəruriliyi haqqında danışdıq. Bu, turizmin daha da inkişaf etdirilməsi üzrə ümumi məqsədə xidmət edən, şəhərlərimizi birləşdirən körpü rolunu oynayacaq”.
Mehmet Ensarioğlu
İzmir Şəhər Valiliyinin strategiya və koordinasiya üzrə direktoru
Biz bu sərgidə debüt edirik, lakin növbəti tədbirlərdə iştirak etmək niyyətindəyik”.
Özdemir Turqut
Haymana şəhərinin meri
Stavropol Diyarı “AITF” sərgisinin daimi iştirakçısıdır və bunun sayəsində də gəliş turizminin inkişafı istiqamətində çalışan iştirakçı sanatoriya və kurortların sayı durmadan artır. “AITF” sərgisi Azərbaycanda uzun müddətdir ki, brendə çevrilib və hökumətiniz tərəfindən göstərilən dəstək aydın görünür. Bu sərgidə iştirak müvəffəqiyyətin açarıdır və Stavropol Diyarı sərginin təşkilatçıları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir”.
Suzanna Damir
Stavropol Diyarı İqtisadi İnkişaf Nazirliyinin Regionlararası Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri
Əlbəttə, bu sərgi öz xidmətimizi nümayiş etdirmək üçün əla vasitədir və biz bu iddialı və yaxşı təşkil olunmuş tədbirin bir hissəsi olmaqdan məmnunuq. Biz inanırıq ki, bu tədbir şirkətin imicini təşviq etmək üçün ən vacib və ən yaxşı vasitədir. “AITF” turizm sərgisi müasir turizm sənayesində ünsiyyət qurmaq və yeni müştərilər qazanmaq üçün səmərəli vasitədir”.
Həmid Cahedi
“Ulduz Tourism” şirkətinin direktoru
Biz 2010-cu ildə “AITF” sərgisində iştirak sayəsində Azərbaycan bazarına daxil olmuşuq və hazırda bizim şirkət bu tədbirin daimi iştirakçısıdır. Biz bu sərgidə tərəfdaşlarla görüşlər keçirir və yeni tanışlıqlar qazanırıq.
Alenka Vidmar
“Renee Tours” şirkətinin satış üzrə direktoru
Ənənəvi olaraq, hər yaz mövsümündə Bakıda keçirilən “AITF” bizi turizm dünyasına yönəldir. Biz inanırıq ki, bu sərgi sayəsində “ZADƏGAN” şirkətinin məhsulları geniş miqyasda tanınacaq və ölkəmizin zəngin mədəniyyətini əks etdirən Azərbaycanın bir sıra digər brendləri ilə yanaşı duracaq.
Püstə Babayeva
“ZADƏGAN” şirkətinin təsisçisi
“AITF” sərgisi sənaye liderlərini bir araya gətirən ideal platformadır. Bu sərgi bizə yeni şirkətlərlə görüşərkən və yeni imkanları kəşf edərkən, Qafqazda əyləncəli turizm istiqaməti kimi Azərbaycanı təbliğ etmək üçün təcrübə mübadiləsi və potensial əməkdaşlıq məsələlərini müzakirə etməyə imkan verir.
Burcu Betoner
“Absheron” Otel Qrupunun satış və marketinq üzrə direktoru
Biz inanırıq ki, tez-tez keçirilən beynəlxalq turizm sərgiləri Azərbaycanda çox perspektivli sektor olan turizm sektorunun inkişafına kömək edəcək.
Paşa Kəsəmənski
“Azərbaycan Hava Yolları” QSC-nin prezident köməkçisi
Şübhəsiz ki, sərgi ümumi işimizə müsbət təsir göstərir. Biz qloballaşan bir dünyada, hələ də post-modernist kimi təqdim edilən bir dövrdə yaşayırıq; bu, rəqəmsal texnologiyalar və interaktiv vasitələrlə zəngin olan “AITF” sərgisinin konsepsiyasına birbaşa təsir göstərir. Sərginin təqdim etdiyi imkanlarından təşkilatlarımıza Azərbaycanlı həmkarları ilə işgüzar əlaqələr qurmaq üçün istifadə edirik. Belə sərgilərdə iştirakçıların və ziyarətçilərin qarşılıqlı əlaqəsi ilə vəhdət təşkil edən müsbət emosiyalar turizmin inkişafına son dərəcə mühüm töhfə verir.
İrfan Çiftçi
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri

Tərəfdaşlar