19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
8 - 10 aprel 2022
• Bakı Ekspo Mərkəzi
Stendin rezervasiyası
Dəvətnaməni əldə edin
Rəylər
Sərgi hesabatı 2019
Sərgi » Media dəstəyi
CEO şirkəti böyük məmnuniyyətlə işgüzar, iqtisadi və ixtisaslaşdırılmış kütləvi informasiya vasitələrini informasiya sahəsində əməkdaşlığa dəvət edir.
Reklam imkanları
Bizim tədbirlərə informasiya dəstəyi göstərməklə Sizaşağıdakı imkanlar üçün əlverişli zəmin əldə etmiş olursunuz:
CEO LLC şirkəti tərəfindən təşkil edilmiş sərgi və konfranslarda nəşrlərin təqdim olunması
Nəşr haqqında məlumatın işgüzar xarakterli və müəyyən sənaye sahəsinə həsr olunmuş tədbirlərdə fəallıq göstərən dəstək strukturları, iştirakçılar və ziyarətçilərdən ibarət geniş auditoriyaya təqdim olunması
Beynəlxalq təşkilatlar, eləcə də dövlət strukturları və bazardakı aparıcı şirkətlər ilə əlaqələrin yaradılması
Nəşrin peşəkar mühitdə populyarlaşdırılması
Abunəçi sayının artırılması
Bilavasitə tədbirdə iştirak etməklə, eləcə də bu iştirakın nəticəsi kimi yeni reklam sifarişlərinin cəlb olunması
Yeni məhsul və xidmətlər haqqında ən son məlumatların əldə edilməsi
Bazardakı cari iqtisadi duruma dair materialların toplanması
Biz əməkdaşlıq çərçivəsində Sizə buimkanları təqdim edirik:
Tədbirə informasiya dəstəyi göstərən tərəf statusunu əldə etmək
Tədbirin marketinq materiallarında bu statusu göstərməklə şirkətin loqotipini yerləşdirmək
Tədbirin rəsmi kataloqunda şirkət haqqında məlumat yerləşdirilmək
Tədbirin rəsmi kataloqunda və rəsmi qəzet resurslarda reklam yerləşdirmək
Tədbirin rəsmi qəzetində şirkətin rəhbəri ilə müsahibə yerləşdirmək
Tədbirin rәsmi internet saytında tərəfdaşın elektron bannerinin yerlәşdirilmәsi vә şirkətin internet saytına keçidin tәmin olunması
Tədbirin rəsmi internet səhifəsində şirkət haqqında yeni xəbərlər yerləşdirmək
Tədbirin keçirildiyi ərazidə şirkətin rolapını yerləşdirmək
Sərginin qeydiyyat masalarının yaxınlığında yerləşən görüntü keyfiyyəti yüksək olan ekranlarda tərəfdaşın reklam materialını yerləşdirmək hüququ
Qeydiyyat masasındakı kompüter monitorlarında şirkətin reklam video-çarxını yerləşdirmək
Tədbirin keçirildiyi ərazidə reklam materiallarını paylamaq
Sərgi pavilyonunda şirkət üçün avadanlıqlar ilə təchiz edilmiş iş yerini təmin etmək
* Əldə edilmiş statusdan asılı olaraq, təşkilatçılar tərəfindən təqdim olunan reklam imkanlarının siyahısı və reklam növləri dəyişə bilər.