EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - AİTF 2015 beynəlxalq turizm sərgisi İtaliya və Monteneqro şirkətləri üçün geniş imkanlar yaradacaq
Media мərkəz » Xəbərlər

AİTF 2015 beynəlxalq turizm sərgisi İtaliya və Monteneqro şirkətləri üçün geniş imkanlar yaradacaq
11.02.2015

Cari il aprelin 2-dən 4-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə (AITF 2015) 35 ölkədən 400-ə yaxın şirkətin nümayəndələrinin qatılması gözlənilir.

Tədbirə İtaliyanın tur operatorlarının və turizm şirkətlərinin, eləcə də İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) qatılacağı nəzərdə tutulub. Adıçəkilən qurumlar sərgi vasitəsilə İtaliyanın turizm potensialını və müvafiq sahədə əldə olunan nailiyyətləri iştirakçılara təqdim edəcəklər.

İtaliyada fəaliyyət göstərən turizm şirkətləri arasında “Gartour By HTS GRP” təcrübəsinə görə önəmli yerlərdən birini tutur. İtaliyanın beş şəhərində fəaliyyət göstərən şöbələri vasitəsilə şirkət fəaliyyətini turistlərin tələbatlarına müvafiq formalaşdırır. Avropada 6500-dən çox hotellə müqavilə əsasında çalışan şirkət turizm bazarında rəqabətə davam gətirmək üçün müştərilərə yüksək standartlı, sürətli və operativ xidmət, çoxəhatəli seçimlər, ucuz qiymət təklif edir. Şirkətin Azərbaycanın turizm institutları ilə əlaqələr qurması baxımından AİTF yaxşı imkan yaradacaq.

Sərgidə, həmçinin hazırda turistlərin diqqətini çəkən ölkələrdən biri olan Monteneqronun Milli Turizm Təşkilatı, “R-Tours Montenegro” səyahət operatoru, ölkənin Budva bölgəsinin Turizm Təşkilatı, “Fly Montenegro” aviasiya və turizm şirkəti, “Hotel Monte Casa” və “Montenegro Stars Hotel Group” hotelləri ilə təmsil olunacağı gözlənilir. Son iki il ərzində Monteneqroya səyahət edən turistlərin sayında müşahidə olunan 9 faizlik artım ölkənin müvafiq sahədə fəaliyyət göstərən qurumlarını öz imkanlarını daha önəmli tədbirlərdə nümayiş etdirməyə və yeni tərəfdaşlar qazanmağa həvəsləndirir.

Turizm və aviasiya anlayışları hazırkı dövrün ayrılmaz ikilisidir. Bu prinsipi əsas hədəf olaraq seçən “Fly Montenegro” aviasiya və turizm şirkəti 2009-cu ildə qurulub. Qısa müddətdə aparıcı hava yolları şirkətləri ilə əlaqələr yaradıb. 2013-cü ildə turizm sənayesinin və aviasiyanın inkişafına verdiyi töhfələrə görə şirkət xüsusi mükafata layiq görülüb.



Tərəfdaşlar