EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - AITF sərgisində görüşlərin təyin olunması
Media мərkəz » Xəbərlər

AITF sərgisində görüşlərin təyin olunması
02.03.2015

Xəbərlər

2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2015”) sərgisi keçiriləcək. “AITF” sərgisi səyahət, işgüzar turizm, müalicə və eksklüziv istirahət sahəsində ən son təmayülləri nümayiş etdirən yerli və xarici mütəxəssislər üçün etibarlı platformanı təmin edir.

Bu il  “AITF” sərgisi çərçivəsində təşkilatçılar yeni xidmət növünə - görüşlərin təyin olunması proqramına start verəcəklər. Beləliklə, indi turoperatorlar, turizm agentlikləri və hava yollarının nümayəndələri, eləcə də otel şəbəkələri, xaricdə daşınmaz əmlakla məşğul olan agentliklər və tibbi klinikalar sərgi iştirakçıları ilə əvvəlcədən görüş təyin edə biləcəklər. Görüşlərin əvvəlcədən təyin olunması proqramında iştirak sayəsində vaxta qənaət etməklə yanaşı, turizm sənayesində çalışan peşəkarlar üçün sərgidə işləri əvvəlcədən və səmərəli şəkildə planlaşdırmaq, potensial tərəfdaş və müştərilərlə görüşmək, habelə yeni əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirmək baxımından əlavə imkanlar yaradılacaq. Görüşlərin əvvəlcədən təyin edilməsi proqramı 2-3 aprel tarixində Bakı Ekspo Mərkəzində təşkil olunacaqdır.

“AITF” sərgisi ilk gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilir. Sərgi həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər.

 



Tərəfdaşlar