EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Azərbaycan ilə İtaliyanın Kampaniya regionu arasında iqtisadi əlaqələr genişlənməkdədir
Media мərkəz » Xəbərlər

Azərbaycan ilə İtaliyanın Kampaniya regionu arasında iqtisadi əlaqələr genişlənməkdədir
04.03.2015

Xəbərlər

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Kampaniya regionuna işgüzar səfəri çərçivəsində Salerno şəhərinin vitse-meri Vinçenzo Napoli ilə görüşüb.

Söhbət zamanı V.Napoli Salernonun iqtisadiyyat, mədəniyyət və turizm sahələrində geniş potensiala malik olmasından, bu şəhərdə müvafiq istiqamətlərdə davamlı şəkildə tədbirlərin təşkilindən danışıb. O, iki ölkə arasında dostluq münasibətlərindən məmnunluğunu dilə gətirib.

Görüşdə Azərbaycan ilə Kampaniya regionu arasında əlaqələrin mövcud vəziyyətini təhlil edən səfir bölgənin önəmli mədəni mərkəzlərindən biri olan Salerno şəhəri ilə əməkdaşlıq üçün bir çox istiqamətlərdə imkanların olduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən ilin iyulunda Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri münasibətlərimizin daha da inkişaf etməsinə öz töhfəsini verməkdədir. Xüsusilə səfər çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əməkdaşlığımızın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda mövcud stabil makroiqtisadi vəziyyət, iki ölkə arasında ticarət əlaqələri, ölkəmiz ilə əməkdaşlıq edən İtaliyanın regionları barədə məlumat verən V.Sadıqov turist mübadiləsinin əhəmiyyətindən danışıb. Azərbaycanın böyük turizm potensialına malik olduğunu deyən səfir ölkəmizdə müvafiq sahədə bir sıra beynəlxalq tədbirlərin keçirildiyini, bu sırada cari il aprelin 2-dən 4-dək Bakıda təşkil olunacaq XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin önəmini vurğulayıb.

Səfər çərçivəsində Salerno Ticarət Palatasında Kampaniya regionunu təmsil edən iş adamlarının iştirakı ilə Azərbaycana dair təqdimat keçirilib. Ticarət Palatasının prezidenti Quido Arçano Azərbaycanın potensial tərəfdaş kimi əhəmiyyətindən danışıb.

Azərbaycanın iqtisadi potensialı və biznes imkanları barədə məlumat verən V.Sadıqov ölkəmizdə son illər müşahidə olunan iqtisadi inkişafdan, makroiqtisadi sabitlikdən bəhs edib. Dövlətlərimiz arasında iqtisadi və siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir əməkdaşlığımızın əsas prioritet istiqamətləri ilə bağlı məlumat verib. O, italiyalı iş adamlarını Azərbaycandakı biznes mühit ilə tanış olmaq üçün ölkəmizə səfərə dəvət edib.

Sonra ölkəmizdə fəaliyyət göstərən italiyalı iş adamları Azərbaycanda müvafiq sahədə mövcud şəraitdən və təcrübələrindən danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.



Tərəfdaşlar