EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Desert Gate Tourism – insan amilinə əsaslanan şirkət
Media мərkəz » Xəbərlər

Desert Gate Tourism – insan amilinə əsaslanan şirkət
17.03.2015

Xəbərlər

“Desert Gate” şirkəti BƏƏ-nin yeddi əmirliyi, Omanın 2000 km-dən artıq sahil xətti boyu, eləcə də Qətər dövlətində xidmət göstərir. Bu cür turizm istiqamətlərini idarə etmək asan məsələ deyil, lakin “Desert Gate” şirkəti özünün kompleks idarəetmə prinsipi sayəsində 75 ildən artıqdır ki, bu işin öhdəsindən uğurla gəlir. 2004-cü ildə aparıcı operatorların yerli ehtiyacları üzrə təchizatçı kimi təsis edilmiş şirkət hazırda turizm marşrutlarının idarə edilməsi üzrə tam hüquqlu və qabaqcıl şirkətə çevrilmişdir. Şirkət və onun əməkdaşları peşəkarlığı, məhsulun dizaynına novatorçu yanaşma tərzini, habelə, qonaqların tələblərini artıqlaması ilə yerinə yetirməyi öz əsas qayəsi kimi qəbul etməklə, yüksək səviyyəli uçuş xidməti ilə tanınır.

Biz “Desert Gate” şirkətində insan amilinə və bütün əsas xidmətlərimizin fərdiləşdirilməsinə ciddi yanaşırıq. Biz tam olaraq qonaqyönümlü müəssisəyik və məramımız tərəfdaşlarımızın müştərilərinin evə qayıtdıqdan sonra da müştəri olaraq qalmasını təmin etməkdir. Biz bu məqsədə müştərilərimizə qonaq münasibəti göstərməklə nail oluruq.

Biz öz məramımız çərçivəsində, habelə tərəfdaş və müştərilərimizə xidmət göstərmək üçün bütün işlərdə 6 əsas dəyəri rəhbər tuturuq:

  • Biz xüsusi olaraq razılaşdırılmış qiymətlər, unikal paketlər və təcrübəmiz sayəsində operativ fəaliyyət göstəririk. Həmçinin, biz daim yeni məhsulları araşdırır və innovasiyalar tətbiq edirik;
  • Biz bütün təfsilatları, o cümlədən müştərilər üçün kompleks informasiya paketlərini, müvafiq məlumatları və nəzərdə tutulan turizm marşrutları üzrə planları nəzərdən keçirən və onları mütəmadi olaraq yoxlayan “Mükəmməllik” şöbəsinə malik qonaqyönümlü bir şirkətik;
  • Biz bütün tərəfdaşlarımızla daim əlaqə saxlayırıq (onlara öz yerlərini təbliğ etmək, habelə satışların həcmini və bazar payını artırmaq üçün məsləhət və mütəxəssis tövsiyəsini təklif edirik);
  • Texnologiya fərdiləşdirilmiş intensiv insan xidmətindən istifadə edilməklə tətbiq edilir.

“Desert Gate” şirkəti özünün yeni veb-saytı, “Iphone” və “Android” platformaları üçün mobil proqramları, dünya üzrə “VOIP” nömrələri, video-ünsiyyət vasitəsi ilə təlim proqramı, “white label” (müştərinin brendi altında göstərilən xidmətlər) marketinq materialları və tezliklə istifadəyə veriləcək xarici şəbəkəyə (“extranet”) malik qabaqcıl qonaq qarşılama şirkəti olsa da, yüksək səviyyəli fardi xidmət göstərməyə və işləri sürətlə yerinə yetirməyə davam edir.

“Desert Gate” şirkəti hər mənada yerli tərəfdaşdır. Biz öz biznesimizin istənilən sahəsində praktik əməkdaşlıq prinsipinə inanırıq. Biz tərəfdaşlarımızı cəlb edərək və onlarla ünsiyyət quraraq turizm obyektlərimizə gələn müştərilərinin sayını artırmaqda onlara kömək edirik.

“Desert Gate” şirkəti olaraq, biz sadəcə hər kəsin təqdim etdiyi məhsulları təklif etməkdən məmnun deyilik. Belə ki, biz razılaşdırılmış proqramlardan əlavə, daim hər bir individual bazar üçün öyrənilərək yaradılmış qeyri-standart innovativ ideyalarla çıxış edirik.

Sizin səfəriniz bizim üçün şövqdür!

A1108 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!

I Rise Tower, Executive Entrance 16th Floor

Suite 16 E 1 & 16 E 2 Al Barsha Area – Tecom

P O Box 119271 Dubai UAE

Tel.: +971 4 4421155   Faks: +971 4 4421166

Fövqəladə hallar üçün telefon nömrəsi: +971 52 750 2173

Muscat - Sultanate of Oman

Al Sarooj Street, Way Number 3036

Ominvest Building, 01st Floor Office #12A

P.O. Box 1355 - PC. 133 Al Khuwair, Muscat Oman

Tel.: +968 2200 8787  Faks: +968 2200 8383



Tərəfdaşlar