EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Madinat Jumeirah - əsil ərəb üslubunda inşa olunmuş istirahət mərkəzi
Media мərkəz » Xəbərlər

Madinat Jumeirah - əsil ərəb üslubunda inşa olunmuş istirahət mərkəzi
17.03.2015

Xəbərlər

Dubayın ən uzun özəl çimərliyində yerləşən “Madinat Jumeirah” oteli ənənəvi xidmətin müasir gözəlliklə vəhdət təşkil etdiyi və əsil ərəb üslubunda inşa olunmuş istirahət mərkəzidir. Bu istirahət mərkəzində iki böyük butik-otel: “Mina A’Salam” və “Əl-Qasr” otelləri, 29 dəbdəbəli və ənənəvi “Dar-əl-Masyaf” yay kottecləri, yeddi eksklüziv “Malakiya” villası, konfrans və banket salonları, o cümlədən iki böyük akt zalı, 1000 yerlik amfiteatr, 442 yerlik Mədinə Teatrı, habelə regionun yeganə xüsusi təmayüllü əyləncə mərkəzi və asudə vaxtın keçirilməsi üçün çoxfunksiyalı məkan - Mədinə Arenası fəaliyyət göstərir.

Bu tikililər bir-biri ilə 3 km-lik su yolu vasitəsi ilə birləşmiş və yamyaşıl bağlarla əhatə olunmuşdur. İstirahət mərkəzində asudə vaxtın keçirilməsi və sağlamlıq üçün xüsusi tikililər, o cümlədən məşhur “Talise” spa mərkəzi və fitnes klubu, “Sindibad” uşaq klubu, su idman növləri, “İki tısbağa” müalicə hovuzu, 40-dan artıq bar və restoranlar, 19 üzgüçülük hovuzu, habelə ərəb qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirən ənənəvi ticarət və yemək mərkəzi – “Souk Madinat Jumeirah” xidmət göstərir.

A1108 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!

 

 



Tərəfdaşlar