EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Rəylər
AITF - Təbii rənglərin heyrətamiz vəhdətini nümayiş etdirən möhtəşəm çiçəkli park
Media мərkəz » Xəbərlər

Təbii rənglərin heyrətamiz vəhdətini nümayiş etdirən möhtəşəm çiçəkli park
17.03.2015

Xəbərlər

Dördulduzlu “Grand Hotel Donat **** Superior” oteli təbii rənglərin heyrətamiz vəhdətini nümayiş etdirən möhtəşəm çiçəkli parkı ilə tanınır. Burada siz öz tətilinizdən tam zövq almaq üçün birnəfərlik otaqlardan tutmuş standart ikinəfərlik, eləcə də sizə cavanlıq hissi bəxş edən "delüks" birnəfərlik / ikinəfərlik nömrələrə, habelə standart süitlər və “prezident” suitinə kimi zövqünüzə uyğun otaqları seçə bilərsiniz.

Otelimizdə 267 çarpayılıq 167 “lüks” kateqoriyalı otaq mövcuddur. Otelimiz fərdi havalandırma sistemi, ayrıca balkon, saçqurudan, mini-bar, seyf-əmanət qutusu, İnternet /  “Wi-Fi”, birbaşa telefon rabitəsi, “LCD” interaktiv televizor, hamam xələtindən və otaq başmaqlarından istifadə etmək imkanı verən nömrə və süitləri ilə öz müştərilərinə üstünlük hissi bəxş edir.

A1092 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!



Tərəfdaşlar