EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Gürcüstan “AITF 2015” sərgisində
Media мərkəz » Xəbərlər

Gürcüstan “AITF 2015” sərgisində
17.03.2015

Xəbərlər

Gürcüstan Milli Turizm Administrasiyası (GMTA) Gürcüstan Respublikası İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən dövlət orqanıdır və Gürcüstanın unikal turizm imkanlarının inkişaf etdirilməsi, təşviqi və qorunub saxlanması üçün məsuliyyət daşıyır.

Məram

Gürcüstan Milli Turizm Administrasiyasının məramı beynəlxalq turizm xəritəsində Gürcüstanı nadir turizm istiqaməti kimi müəyyən etmək, ziyarətçilərin təəssüratlarını yaxşılaşdırmaq və milli iqtisadiyyata əhəmiyyətli töhfə vermək üçün onların xərclərini maksimuma çatdırmaqla turizmin davamlı inkişafını təmin etməkdir.

Gələcək inkişaf konsepsiyası

Gürcüstanı kəşf edilməmiş nadir turizm istiqaməti kimi dünyaya nümayiş etdirmək, ziyarətçiləri buranı bir dəfə kəşf etməyə sövq etmək və yenidən buraya gəlməyə həvəsləndirmək.

Bizim strategiyamız:

  • milli iqtisadiyyata əhəmiyyətli töhfə vermək.
  • Gürcüstanı nadir turizm istiqaməti kimi təşviq etmək.
  • ziyarətçilərin təəssüratlarını yaxşılaşdırmaq.

BİZ NƏ EDİRİK

Gürcüstanda turizm sənayesi son bir neçə il ərzində əcnəbi ziyarətçilərin sürətlə artması sayəsində Gürcüstan iqtisadiyyatına töhfə verən ən güclü sahələrdən birinə çevrilmişdir. Gürcüstan Milli Turizm Administrasiyasının Gürcüstanın turizm strategiyasını öz öhdəsinə götürdüyü və ölkənin illik turizm strategiyalarının formalaşdırılması, kəşf edilməmiş turizm istiqaməti olaraq ölkə haqqında daha çox məlumatın yayılması, dünya turizm xəritəsində Gürcüstanın imicinin möhkəmləndirilməsi və yerli turizmin inkişaf etdirilməsi üçün cavabdeh olan yeganə orqana çevrildiyi vaxtdan bəri 15 ildən çox vaxt keçir.

www.georgia.travel

1112 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!



Tərəfdaşlar