EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Gürcüstan və onun qədim diyarı - İmeretiyaya səyahət edin!
Media мərkəz » Xəbərlər

Gürcüstan və onun qədim diyarı - İmeretiyaya səyahət edin!
17.03.2015

Xəbərlər

Kutaisi şəhər administrasiyası yerli özünüidarəetmə orqanıdır. Kutaisi Şəhər Administrasiyasının İqtisadiyyat Şöbəsinin əsas öhdəliyi yerli turizmi təşviq etməkdir.

Biz sizi qədim dünya sivilizasiyasının beşiyi olan ölkədə qarşılamağa şadıq. Qədim Kolxida Krallığı bugünkü Gürcüstan, Kolxida düzənliyi isə bugünkü İmeretiya regionudur. Kutaisi 3500 il bundan əvvəl Kolxidanın paytaxtı olmuşdur və qədim zamanlarda “Aia” (“Aya”) adlandırdı. Siz burada yunan mifologiyasında “Qızıl qoyun dərisi” kimi tanınan incəsənət əsərini, habelə qədim və ən yeni tarix, eləcə də mədəniyyət, ənənələr və unikal folklorun vəhdətini kəşf edəcəksiniz.

Bu gün Kutaisi təkcə İmeretiya regionunun inzibati mərkəzi deyil, həm də Gürcüstanın mərkəzi və parlament paytaxtıdır.

İmeretiya regionu öz mənzərələri, dağları, meşələri, çayları, milli parkları, mağaraları, qədim tarixi abidələri, nadir şərabları və mətbəxi, o cümlədən əfsanəvi qonaqpərvərliyi ilə ziyarətçilərin diqqətini cəlb edir.

Otellər, qonaq evləri və aqro-turizmi fermaları, eləcə də kurortlar, gürcü mətbəxini təklif edən restoranlar, əyləncə və istirahət mərkəzləri sizin yolunuzu gözləyir!

Gürcüstana və onun qədim diyarı olan İmeretiyaya səyahət edin!

A1112 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!



Tərəfdaşlar