EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “Laşko” termal kurortu “AITF 2015” sərgisində
Media мərkəz » Xəbərlər

“Laşko” termal kurortu “AITF 2015” sərgisində
18.03.2015

Xəbərlər

Hazırda termal spa mərkəzi sağlamlıq və yaxşı əhval-ruhiyyə üçün nəzərdə tutulmuş müasir sağlamlaşdırıcı turizm kompleksidir. Laşko bulağından çıxan isti su bir çox insanın öz sağlamlığını bərpa etməsinə və yaxşı əhval-ruhiyyəni qoruyub saxlamasına kömək etmişdir.

“Termana Laşko” kurortu 160 ildən çox davam edən ənənəyə malikdir və  təbiətin qoynunda, Alp dağlarından axan Reçitsa və Savinya çaylarının qovuşduğu məkanda yerləşir. Bura oyun, istirahət və fiziki aktivliyin bərpası üçün əsl cənnətməkandır. Kurort Sloveniyanın düz mərkəzində, Lyublyana-Maribor avtomobil yolundan və keçmişdə qraflıq olan böyük Tselye şəhərindən 11 km aralıda yerləşir.

Ətraf ərazilərdəki çoxsaylı dağ zirvələri turistləri yürüşlərə dəvət edir və şəhərə, eləcə də ətraf ərazilərdəki dalğavarı təpələrə gözəl mənzərə təklif edir. Burada velosipedçilər üçün aydın şəkildə işarələnmiş yollar var, Savinya, Qraçitsa və ya Marof çaylarında isə balıq ovu ilə məşğul olmaq mümkündür.

“Zdravilişe Laşko****” otelində TİBB MƏRKƏZİ

İsti bulaqda suyun temperaturu 31-34°С təşkil edir, müalicə proseduraları, müalicə üsulları və tibb mütəxəssislərinin təcrübəsi isə xidmətlərin yüksək keyfiyyətinə zəmanətdir. Qonaqlar öz sağlamlığını mütəxəssislərə və müalicə proqramlarının əsasını təşkil edən termal suların şəfalı xüsusiyyətinə etibar edə bilərlər.

A1092 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!

 



Tərəfdaşlar