EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Sizi “Lopota Lake Resort & Spa” otelinə dəvət edirik
Media мərkəz » Xəbərlər

Sizi “Lopota Lake Resort & Spa” otelinə dəvət edirik
25.03.2015

Xəbərlər

“LOPOTA LAKE RESORT & SPA” Gürcüstan Respublikasının şərqində (Kaxetiya), paytaxt Tbilisi şəhərindən 115 km-lik məsafədə yerləşən kurort otelidir. Gözəl Lopota vadisində yerləşən kiçik cənnət guşəsi kimi, bu istirahət mərkəzi bir milyon kvadrat metrdən artıq sahəni əhatə edən müalicə zonasıdır.

Bura ilin hər fəslində istirahət etmək, ailə üzvlərini bir yerə toplamaq, eləcə də toy şənlikləri, işgüzar görüşlər, qeyri-rəsmi iclaslar, habelə korporativ, əyləncə və idman xarakterli tədbirlər keçirmək üçün unikal və ideal məkandır.

Sizi gözəl təbiət, füsunkar Lopota gölü, nəfis və müasir otel, eləcə də insanı dünyəvi qayğılardan azad edərək rahatlıq hissi bəxş edən unikal abu-havadan zövq almağa dəvət edirik.

Göl sahilində yerləşən bu məkanın heyrətamiz sakitliyi və rahatlığından həzz almaq üçün  özünüzü müasir həyatın qayğılarından təcrid edib harmoniya və rifahı seçin.

İstirahət zonası daxilində ətrafında aşağıdakı tikililər olan göl yerləşir:

  • Otellər
  • Spa
  • Rus hamamı (Sauna)
  • Üç restoran
  • İki bar
  • Üç akt zalı
  • Dörd üzgüçülük hovuzu
  • Cakuzzi (Jacuzzi)
  • Mini-qolf sahəsi
  • İki tennis kortu
  • Basketbol və voleybol kortları
  • Çaxır anbarı
  • Uşaq klubu
  • At tövləsi

Bundan başqa, istirahət kompleksindəki Əyləncə mərkəzi öz tətillərindən zövq almaq və müxtəlif ekstremal, mədəniyyət və çaxır turlarında (müştərinin istəyindən asılı olaraq, bu xidmətlər fərdiləşdirilə bilər) iştirak etmək arzusunda olan qonaqlar üçün nəzərdə tutulmuşdur.

1112A nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!

 

 



Tərəfdaşlar