EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Təbiətin qoynunda yerləşən şəfa ocağı
Media мərkəz » Xəbərlər

Təbiətin qoynunda yerləşən şəfa ocağı
29.03.2015

Xəbərlər

“Rimske Terme” kurortu Sloveniyanın ən gözəl guşələrindən biri - çoxəsrlik ənənələrlə müasir turizm xidmətlərinin vəhdət təşkil etdiyi Rimske Toplice qəsəbəsində yerləşir. Bu spa mərkəzi müalicəvi sularda istirahət imkanı ilə yanaşı, “premium” kateqoriyalı sağlamlıq və tibbi xidmətlər təklif edir. “Rimske Terme” kurortu sizə bakirə təbiətin qoynunda gəzərək heyrətamiz mənzərələrdən zövq almaq imkanı yaradan cənnətməkandır.

Üç otel - üç unikal rahatlıq mənbəyi. “Rimske Terme” otel kompleksi bir-biriləri ilə əlaqəli olan üç oteldən ibarətdir və 3.000 m2-dan artıq ərazini əhatə edir. Burada hər bir otel qonaqlara rahatlıq və zövq oxşayan otaqlar təklif edən unikal üsluba malikdir. Bizim gülərüz işçilərimiz sizin üçün rahat, sakit və xoş tətil təşkil edəcək, ətrafdakı gözəl kənd mənzərəsi isə sizi tamamilə yüngülləşdirəcəkdir. Həmçinin, otel kompleksinin daxilində uşaqlar üçün oyun meydançası və çoxmərtəbəli qapalı avto-dayanacaq da var.

Qədim romalılar sayağı istirahət. Qədim romalılar sayağı istirahət fürsətini əldən verməyin! Termal hovuzlar Qədim Roma üslubunda layihələndirilib və 450m2 sahəni əhatə edir. “Rimske Terme” kompleksində daxili və xarici panoramlı üzgüçülük hovuzu, eləcə də oturmaq və uzanmaq üçün xüsusi yerləri olan 4 daxili və 3 xarici masaj hovuzu var.  Roma, Fin, Türk və infraqırmızı saunaları olan “Varinia Sauna Land” mərkəzində öz daxili rahatlığınızı kəşf edin. Saunadan sonra sarğı, pilinq, soyuq duş (“knayp”) və hava dövründən zövq alın.

“Rimske Terme” istirahət kompleksində Sloveniyanın peşəkar avadanlıqlarla təchiz olunmuş ən yaxşı tibb-reabilitasiya mərkəzlərindən biri  - “Valetuda” tibb mərkəzi yerləşir və bu mərkəz xəsarət və xəstəliklərdən əziyyət çəkən pasiyentlərə hər zaman kömək etməyə hazır olan təcrübəli fizioterapevt və reabilitasiya mütəxəssislərinin nəzarəti altında reabilitasiya proqramları təklif edir.

Təbiətin qoynunda yerləşən şəfa ocağı.

A1092 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!

Rimske Terme

Terme resort d.o.o.
Toplice 10
SI-3272 Rimske Toplice

Tel: 00386 3 574 20 00

Faks: 00386 3 734 63 12
E-poçt: booking@rimske-terme.si
Veb-say: www.rimske-terme.si

 



Tərəfdaşlar