EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “SAIRME” kurortu “AITF 2015” sərgisində
Media мərkəz » Xəbərlər

“SAIRME” kurortu “AITF 2015” sərgisində
29.03.2015

Xəbərlər

“SAIRME” balneoloji kurortu iynəyarpaqlı və enliyarpaqlı meşələri, dağ havası, xüsusilə də müalicəvi və mineral cəhətdən zəngin termal su ehtiyatları ilə fərqlənir. Bu su mənbələri isə Gürcüstanın Kutaisi  şəhərinin cənubundakı Bağdadi rayonunda, dəniz səviyyəsindən 950 metr yüksəkdə yerləşir.

“Sairme” suyunun müalicəvi əhəmiyyəti:

“Sairme” suyu unikal müalicəvi xüsusiyyətlərə malikdir. Bu su müxtəlif xəstəliklərin, o cümlədən böyrək patologiyası, sidik-reproduktiv sistem, öd kisəsi və öd yollarının iltihabı prosesləri, iltihabi qaraciyər / bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.

Xüsusilə, aşağıdakı xəstəliklər “Sairme” suyunun köməyi ilə müalicə oluna bilər:

  • Sinir sistemi xəstəlikləri: nevroz, nevrit, polinevrit, radikulit.
  • Ürək - damar sistemi: angionevroz.
  • Sümük-oynaq sistemi: artrit, poliartrit, osteoporoz, miozit, xəsarətin sağalması

Termal vannalar

Termal vannalar aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:

1. Sümük-oynaq sistemi xəstəlikləri (artrit, artroz, osteoxondroz)

2. Sinir sistemi xəstəlikləri (nevroz, neyrosirkulyar distoniya, qan dövranı problemləri)

3. Şəkərli diabet (insulindən asılı olmayan)

4. Dermatologiya (dərinin allergik xəstəlikləri, psoriaz /sədəf/)

5. Mədə-bağırsaq xəstəlikləri (kolit, allergiya) - (kolonoterapiya keçirilir)

6. İnvazireba / invaziya (uşaqlarda qurd) (kiçik miqyaslı yuma seansları həyata keçirilir)

7. Xroniki sidik-cinsiyyət sistemi xəstəlikləri (qeyri-kəskin, sistit, prostatit və s.)

A1112 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!

 

 



Tərəfdaşlar