EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “Savoy” kurortuna - əsl cənnətməkana xoş gəlmişsiniz!
Media мərkəz » Xəbərlər

“Savoy” kurortuna - əsl cənnətməkana xoş gəlmişsiniz!
29.03.2015

Xəbərlər

“Savoy Resort & Spa” otelini seçməklə, Seyşel adalarının gözəlliklərini kəşf edin!

Otelimiz “Beau Vallon” körfəzinin sahilində - əsil həyat tərzinin yaşandığı, üç kilometr boyu uzanan ağ qumsallı və ilboyu okeandan zövq almaq üçün unikal imkan yaradan dünyanın ən gözəl çimərliklərindən birində yerləşir. Burada dünyanın başqa heç bir yerində görə bilməyəcəyiniz ekzotik təbiət və gözəl xidmət yolunuzu gözləyir. Hind Okeanı sahilində yerləşən “Savoy Resort & Spa” oteli öz müştərilərinə “deluks” və “penthaus” kimi müxtəlif kateqoriyalı 163 nömrə təklif edir. Bütün nömrələr gözəl bəzədilmişdir və hər nömrədə 1 (kral-ölçülü) ikinəfərlik yataq və ya iki birnəfərlik çarpayısı olan geniş yataq otağı və otelin gözəl bağlarına, eləcə də nəfəs kəsən okean mənzərəsinə açılan böyük terras var.

Burada fəal istirahət üçün yaradılan şərait baxımından Seyşel adalarının ən böyük üzgüçülük hovuzu (700 kvadrat metr), habelə əyləncə proqramları, gözəl çimərlik və tennis kortu mövcuddur. Bundan əlavə, “Matrix” avadanlıqları ilə təchiz edilmiş fitnes mərkəzi də müştərilərin xidmətindədir. Digər müalicə tədbirlərinə yoqa, “Pilates”, müalicəvi duş və rus saunası daxildir. Öz doğma qəsəbəsində yerləşən “Savoy Spa” mərkəzi sizə ənənəvi aromaterapiya, müalicəvi masajlar və müasir cavanlaşma seansları təklif edir.

Biz 4-12 yaş arasında olan uşaqlar üçün Uşaq Klubunda peşəkar qayğı və nəzarəti, habelə müxtəlif oyun otaqları olan Virtual zonada yeniyetmələrə dincəlməyi təklif edirik.

İstirahət mərkəzində 6 restoran var və bu restoranlar arasında bizim “Pescado” restoranı, o cümlədən müştərilərin bütün tələblərinə tam cavab vermək üçün ən gözəl yerli və əcnəbi inqrediyentləri əl ilə təmizləyən (Mişelin ulduzuna layiq görülmüş) baş aşpaz fəaliyyət göstərir. Bizim qayğıkeş rusdilli əməkdaşlarımız həmişə sizin xidmətinizdədirlər!

Əvvəlcə insan övladı səs-küydən uzaqlaşaraq təbiət qoynunda tək qalmaq, sonradan isə özünü tapmaq üçün səyahət edir.

Beau Vallon, P. O. Box 400 Victoria, Mahé, Seychelles

Tel: +248 4392000

Faks: +248 4392001

E-poçt: info@savoy.sc |

Veb-sayt: www.savoy.sc



Tərəfdaşlar