EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “TERME KPKA” kompleksi yüksək keyfiyyətli tibbi reabilitasiya və fərdi yanaşma təklif edir
Media мərkəz » Xəbərlər

“TERME KPKA” kompleksi yüksək keyfiyyətli tibbi reabilitasiya və fərdi yanaşma təklif edir
29.03.2015

Xəbərlər

“ТЕРМЕ КРКА” Sloveniyada ən iri müalicə-sağlamlıq kurortları kompleksidir. Burada yerin altından müalicəvi termal bulaqlar çıxır və müalicəvi palçıqla yanaşı, təbii şərait (dəniz, iqlim) pasiyentlərin sürətli reabilitasiyasını təmin edir.

“ТЕРМЕ КРКА” kurort kompleksi zəngin kurort ənənəsi əsasında qurulmuş və tibbi reabilitasiya, ürək-damar sistemi,  hərəkət-dayaq sisteminin zədə nəticəsində pozulması və tənəffüs orqanları xəstəliklərinin müalicəsi üzrə yüksək səviyyəli xidmətlər təklif edir. Kompleksin tərkibində müasir diaqnostika mərkəzləri və müxtəlif ixtisaslaşmış ambulatoriyalar fəaliyyət göstərir.

“ТЕРМЕ КРКА” kurort kompleksinin tibb mərkəzlərində tibb sahəsi üzrə ən müasir texnologiyalardan istifadə edilir və burada çoxprofilli mütəxəssislər qrupu: kardioterapevt, fizioterapevt, tibb bacıları, erqoterapevt, pəhriz mütəxəssisləri və psixoloqlar işləyirlər. Müxtəlif xəstəliklərin müalicəsi sahəsində uzun illər boyu əldə edilmiş zəngin təcrübədən həm də bu kimi xəstəliklərin profilaktikası üçün istifadə olunur.

“ТЕРМЕ КРКА” kurort kompleksinə daxil olan istənilən kurortda (Terme Şmareşke Tоplitse, Terme Dolenske Toplitse və driatik dənizi sahilindəki Talasso Trunyan) müalicə proqramları hər müştəri üçün fərdi qaydada seçilir, lakin kompleks yanaşma pasiyentin tam sağalmasına zəmanət verir. “ТЕРМЕ КРКА” kurort kompleksi yüksək keyfiyyətli tibbi reabilitasiya, müstəqil proqram əsasında fərdi yanaşma, ultra-rahat dördulduzlu, dördulduzlu “superior” və beşulduzlu otellərdə yerləşdirmə, arıqlamaq üçün effektiv proqramlar, detoksikasiya proqramları, talassoterapiya, aktiv istirahət və estetik proqramı olan spa istirahətini təqdim edir.

A1092 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!

 



Tərəfdaşlar