EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “iTravex Spain” şirkəti “AITF 2015” sərgisində
Media мərkəz » Xəbərlər

“iTravex Spain” şirkəti “AITF 2015” sərgisində
29.03.2015

Xəbərlər

“iTravex Spain” 2001-ci ildən bəri turistləri qarşılayan və onlara İspaniyanın istənilən bölgəsində (həm qitədə, həm də adalarda) xidmət göstərən daxili turoperatordur.

“iTravex Spain” klassik formatda fəaliyyət göstərən və ultra-müasir “onlayn” bron sisteminə malik olan şirkətdir.

Bir saat ərzində bizim “onlayn” sistemdə bron etmək məqsədilə sizin üçün “loqin” (istifadəçi adı) və parol yaradıla bilər. Sistemdə dünya üzrə 300.000 otel təqdim olunur, qiymətlər isə həm birbaşa otellərdən, həm də təchizatçılar vasitəsi lə təqdim olunur.

Bununla yanaşı, İspaniya üzrə bir sıra qiymətlər sorğu əsasında təqdim olunur, belə ki, bu qiymətlər “onlayn” sistemdə olsa da, biz sorğu əsasında xüsusi tariflər təyin edirik. Beləliklə, əgər “onlayn” tarif sizi qane etməsə, bizə “oflayn” sorğu göndərin (sorğunu cavablama müddəti iş vaxtı ərzində 2-3 iş saatı).

“Onlayn” sistem xaricində verilən sorğuları (ADİ SORĞU) booking@itravex.es e-poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bizim sistemdə xidmətləri (transferlər, ekskursiyalar, otellər) ayrı-ayrılıqda və ya kompleks şəkildə bron etmək mümkündür. Biz həmçinin bütün İspaniya boyu fərdi ekskursiyalar, eləcə də Barselona və Madrid bölgələrində qrup şəklində ekskursiyalar təşkil edirik.

2015-ci ilin yay mövsümündə “iTravex Spain & Andorra” şirkəti bələdçinin müşayiəti ilə Kosta Brava və Kosta Dorada, yaxud Mayorka üzrə qrup transferi və ekskursiyalar təşkil edəcək.

Transferlər və otellərin bron edilməsi üzrə eksklüziv şərtlərimizi müzakirə etmək üçün bizimlə əlaqə saxlayın!

 

 

 



Tərəfdaşlar