EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Sağlam istirahət dünyası
Media мərkəz » Xəbərlər

Sağlam istirahət dünyası
29.03.2015

Xəbərlər

Piran Körfəzində Aralıq dənizini faydalı iqlimi və həmişəyaşıl bitkiləri, eləcə də bol günəş, dəniz və qızılgül bağları – bir sözlə, Adriatik dənizini şimal bölgəsində ən gözəl yer - Portorož.

Avropada bir neçə yüzillik yaşı olan qədim spa ənənəsi və onun ayrılmaz hissəsi olan kompleks termal, sağlamlıq və müalicə proseduraları, rahat və yüksək keyfiyyətli yerləşdirmə, mükəmməl mətbəx və birinci dərəcəli konfrans salonları və bütün bunlar dənizin kənarında təklif olunur!

“LifeClass”

Aralıq dənizinin təbii və sağlam mühiti, 8 əsrlik müalicə ənənəsi, 150 illik qonaqpərvərlik təcrübəsi, Aralıq dənizi regionunun sağlam qidalı mətbəxi, eləcə də 5 təbii müalicəvi amil qonaqlarımızı sağlam tərzdə, habelə təbiətə qayğı ilə yanaşmaqla qarşılama fəlsəfəmizin bu cür inkişaf etməsinin əsasını təşkil edir. Biz bu fəlsəfəyə əsaslanaraq yeni məhsul silsiləsini – “Sağlam istirahət dünyası” məhsulunu 2014-cü ilin aprel ayında Portorož qəsəbəsində müştərilərimizin istifadəsinə vermişik.

“The Mediterranean Anti-Ageing Clinic”

(Aralıq dənizinin kompleks cavanlaşdırma və reabilitasiya klinikası)

“The Mediterranean Anti-Ageing Clinic” klinikası Portorož qəsəbəsindəki “Sağlam istirahət dünyası” üçün yeni məhsuldur. Klinikanın əsas məqsədi yaşlanma proseslərini ləngitməkdir. Klinika ən son tibbi diaqnostik texnologiya ilə təchiz edilməklə yanaşı, hərəkət-dayaq, ürək-damar və tənəffüs sisteminin reabilitasiyası üçün qabaqcıl müalicələr həyata keçirir. Həmçinin, klinika Avropada ən mükəmməl tibbi müalicə təklifləri verən “Terme & Wellness LifeClass” kompleksinin 7 tibbi-müalicə mərkəzinin ən yaxşı təkliflərini də təqdim edir.

 



Tərəfdaşlar