EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “Tur Frans” şirkəti Fransanın bütün regionlarına fərdi, qrup və işgüzar turizmin təşkili sahəsində ixtisaslaşan agentlikdir
Media мərkəz » Xəbərlər

“Tur Frans” şirkəti Fransanın bütün regionlarına fərdi, qrup və işgüzar turizmin təşkili sahəsində ixtisaslaşan agentlikdir
30.03.2015

Xəbərlər

Fransa-Rusiya birgə müəssisəsi olan “Tur Frans” şirkəti Fransanın bütün regionlarına fərdi, qrup və işgüzar turizmin təşkili ilə məşğuldur. Çoxillik iş təcrübəsi şirkətə müxtəlif ekskursiya proqramları olan yüksək keyfiyyətli turlar, o cümlədən Fransanın regionlarını əhatə edən xüsusi turlar təşkil etməyə imkan verir. Şirkət korporativ müştərilər üçün “VIP” kateqoriyalı xidmətlər və kollektivçilik ruhunun aşılanması (“teambuilding”) üzrə eksklüziv proqramlar təklif edir.

“Tur Frans” şirkəti ekskursiya turları, işgüzar səfərlər, “MICE” (görüşlər, həvəsləndirici turlar, konfrans və sərgi) turları, toy səyahətləri, şərab və qastronom turları, habelə uşaqlarla birlikdə səfərlər təklif edir. Fransanın bütün regionlarında böyük otel şəbəkələri, özəl otellər, saray və iqamətgahlarla birbaşa əlaqənin olması müştərilərimizə ən münasib qiymətləri təklif etmək imkanı verir. Həmçinin, Fransanın talasso-balneo və şərab terapiyası da sizin xidmətinizdədir!

Biz Fransanın bütün regionları üzrə təcrübəli bələdçi və tərcüməçi xidmətləri, o cümlədən rusdilli sürücülərin müşayiəti ilə ən aşağı qiymətli transferlər təklif edirik.

“Tur Frans” şirkətinin komandası ixtisaslaşmış, ingilis / fransız dillərini bilən və marşrutlara yaxşı bələd olan, eləcə də tərəfdaşlar və müştərilərin ən mürəkkəb istəklərinə operativ şəkildə cavab verən mütəxəssislərdən ibarətdir.

A1096 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!

 



Tərəfdaşlar