EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Loşin (Lošinj) - Sizin Xorvatiyadakı adanız!
Media мərkəz » Xəbərlər

Loşin (Lošinj) - Sizin Xorvatiyadakı adanız!
30.03.2015

Xəbərlər

Heç öz tətilinizi təbiət qoynundakı spa mərkəzində keçirmək barədə düşünmüşsünüzmü? Elə isə Loşin adasına gəlin və sizin arzularınız çin olacaq!

Kres-Loşin arxipelaqına (Adriatik dənizinin Xorvatiyaya aid sektorunda ən böyük adalar qrupuna) daxil olan Loşin adası Kvarner körfəzi akvatoriyasında yerləşir. Adriatik dənizində yerləşən adalar arasında sahəsinə görə 11-ci yeri tutan bu adanın ümumi sahəsi 74.4 km2, sahil xəttinin uzunluğu isə 112.7 km-dir. Adanın sahil xətti girişli-çıxışlıdır və bir sıra möhtəşəm körfəz və buxtaları (sanki məqsədyönlü şəkildə məhz çimmək və dincəlmək üçün yaradılmışdır) ilə məşhurdur. Adriatik dənizindəki digər adalar kimi Loşin adası da qədim zamanlardan bəri insan məskəni olmuş və romalılar bu adanı “Apsorrus” adlandırmışlar.

“BELLEVUE   5*” oteli

“Bellevue” Loşin adasındakı ilk beşulduzlu oteldir və heyrətamiz olduğu qədər rahat Çikat buxtasında, büllur kimi şəffaf dənizin bir neçə addımlığında yerləşir. Komfort hissi bəxş edən dekorasiya elementlərindən istifadə edilmiş zövqlü dizayn, geniş otaqlar və sehrli təbiətlə tam qovuşmanın ünvanı buradır. Rahatlıq və sakitliyin qoynunda, meşə, dəniz, çiçək və otların xoş rayihəsinin ətrafa yayıldığı bir mühitdə yeni hislər və romantik çalarların axtarışında olan bütün qonaqlarımız üçün “Bellevue” oteli dəbdəbəli istirahət imkanı yaradır.

Konfrans və görüşlərin keçirilməsi üçün oteldə 360 nəfərlik gözəl və geniş (lazım gəldikdə, müvafiq olaraq 13,117 və 63 yerlik üç kiçik zala çevrilə bilən) “Mundus”  akt zalı qonaqların ixtiyarına verilir.

Beşulduzlu “Boutique Hotel Alhambra&Villa Augusta” oteli (YENİ 2015)

Təmir edilmiş “Boutique Hotel Alhambra” oteli öz qonaqlarına tam xidmət çeşidi: iki-çarpayılı dəbdəbəli və geniş (36 lüks kateqoriyalı nömrə) nömrə və gözəl süitlərdə (15 “süit” kateqoriyalı otaqlarda) yerləşdirmə, görüş və toy şənliklərinin keçirilməsi üçün zövqlə bəzədilmiş zal, çaxır anbarı, yüngülləşdirici masaj proqramları, saunalar, dəniz suyu ilə doldurulmuş qapalı üzgüçülük hovuzu, SPA-bağı olan kiçik sağlamlıq mərkəzi, dənizdə tam istirahət etmək üçün ideal şəraiti olan özəl çimərlik, fitnes və yoqa klubu; kater və yaxtaların icarəsi, təyyarədə panoramalı uçuşlar və s. təklif edir.

A1097 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!



Tərəfdaşlar