![]() |
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ![]() ![]() |
Türkiyə ərazisində bütün mümkün turizm xidmətlərini təklif edən “Zemexpert” şirkəti Rusiya, Avropa, MDB və Ərəb ölkələri, eləcə də İran və Küveytdən olan turistlərə xidmət göstərir. Şirkətin Türkiyə ərazisindəki fəaliyyət istiqamətini əsasən 4 sahəyə bölmək olar: ölkədaxili turoperator kimi turizm xidmətləri, tibbi turizm, daşınmaz əmlak üzrə alqı-satqı xidmətləri və biznes-konsaltinq.
“Zemexpert” - Türkiyə üzrə turoperator
Bu gün “Zemexpert” şirkəti Türkiyə ərazisində kompleks turizm xidmətlərini standart paket şəklində (otel və apartamentlərdə yerləşdirmə, yerüstü xidmətlər, ekskursiya proqramları, avtobus turları) təklif etməklə yanaşı, eksklüziv turizm məhsullarını da təqdim edir.
Tibbi turizm
“Zemexpert” şirkəti xarici pasiyentlər üçün “Medexpert” brendi altında müalicə və reabilitasiyanın təşkilini təklif edir (tibbi konsultasiya, Türkiyənin ən yaxşı klinikalarında xəstəliyin diaqnostikası və müalicəsi, xarici pasiyentlər üçün “VIP” səhiyyə xidmətləri).
Türkiyədə daşınmaz əmlakın alqı-satqısı
“Zemexpert” şirkəti daşınmaz əmlak obyektlərinin alqı-satqısı üzrə kompleks xidmətlər göstərməklə yanaşı, Türkiyənin bir sıra şəhərlərində daşınmaz əmlak obyektlərinin icarəyə verilməsi üzrə də dəstək göstərir. İstanbul şəhərində yerləşən şirkət sözügedən meqapolisdə, eləcə də şəhərin bütün rayonlarında daşınmaz əmlakın alqı-satqısı üzrə liderdir.
E-poçt: hotel@zemexpert.com
Veb-sayt: www.zemexpert.com
А1116 nömrəli stendimizdə sizin yolunuzu gözləyirik!