EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - AITF 2015, HOREX Caucasus 2015 və CIBS 2015 sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
Media мərkəz » Xəbərlər

AITF 2015, HOREX Caucasus 2015 və CIBS 2015 sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
01.04.2015

Xəbərlər

Bu gün 1 aprel saat 12:00-da “JW Marriott Absheron Baku” mehmanxanasının "Xocasən" zalında “AITF 2015” 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər, “Horex Caucasus 2015” 9-cu Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar və “CIBS” 2-ciXəzər Beynəlxalq Kater və Yaxtalar sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin rəisi cənab Aydın İsmiyev, “Iteca Caspian” şirkətinin icraçı direktoru cənab Fərid Məmmədov və xanım Xəyal Əliyeva, sərgilərin meneceri iştirak etdilər. Mətbuat konfransı əsnasında jurnalistlərə yeni istiqamətlər, milli stendlər və statistik göstəricilər haqqında məlumat verildi. Tədbirin sonuna yaxın bütün KİV nümayəndələri sabah, yəni 2 aprel tarixində saat 11.00-da rəsmi şəxslərin iştirakı ilə “Bakı Ekspo” mərkəzində keçiriləcək açılış mərasiminə dəvət edildilər.

Xatırladaq ki, “AITF”, “HOREX Caucasus” və “CIBS” sərgiləri 2-4 aprel tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək.



Tərəfdaşlar