EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “AITF 2015” - Arzular dünyasına möhtəşəm səyahət!
Media мərkəz » Xəbərlər

“AITF 2015” - Arzular dünyasına möhtəşəm səyahət!
02.04.2015

Xəbərlər

Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2015”) sərgisi öz işinə başladı. Keçirildiyi illər ərzində AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu daha da möhkəmləndirmişdir. Tədbirin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev ölkə rəhbərliyi tərəfindən bu sahənin inkişafına göstərilən daimi diqqəti vurğulayaraq “AITF 2015” sərgisində geniş surətdə təqdim olunan regional turizm qruplarının əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirdi. Həmçinin, cənab nazir Azərbaycanda işgüzar turizmin inkişafına müsbət təsir göstərən mötəbər beynəlxalq mədəni, idman, habelə elmi tədbirlərin keçirilməsini xüsusi ilə vurğuladı. Bu baxımdan, sözügedən sərgi 14 ildir ki, turizm sahəsi üzrə çoxsaylı peşəkarların, eləcə də sahibkarlar və səyahət həvəskarlarının əsas  beynəlxalq platformasıdır.

“ITE Group Plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon öz çıxışında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə sərgilərə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək qeyd etdi ki, sərgidə 80 turizm istiqaməti üzrə təkliflər verən dünyanın 42 ölkəsini təmsil edən 371 şirkət iştirak edir.

“AITF 2015” sərgisində Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən 17 milli qrup iştirak edir. Sərginin əsas coğrafi koordinatlarını ekzotik istiqamətlər, Avropa marşrutları və Azərbaycan turoperatorlarının müxtəlif təklifləri müəyyən edir. Bir sıra ziyarətçilər ölkə regionlarının - Qəbələ, Qax, Quba, Gəncə, Zaqatala, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan Muxtar Respublikası, İsmayıllı, Xaçmaz, Şəki, habelə Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi, eləcə də Azərbaycanın hüdudlarından kənarda da tanınan qədim İvanovka kəndinin turizm potensialını yüksək qiymətləndirdirlər. Ənənəvi olaraq, sərgidə qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi təqdim olunur. Azərbaycan Turizm Assosiasiyası (AzTA) Azərbaycanın hər bölgəsindən aparıcı otel və turoperatorları cəlb etməklə, sərgidəki stendini daha da genişləndirmişdir.

İştirakçıların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriya və pansionatlar, müalicə-sağlamlıq və spa-mərkəzləri, idman və ekoloji turizm təşkilatları yer alır. Birinci Avropa İdman Oyunları Təşkilat Komitəsinin (“BEGOC”) stendini ziyarət edənlərə bu Oyunlara hazırlıqla bağlı geniş məlumat verilir.

Sərgidə təqdimatlar, layihələr, “Xaricdə daşınmaz əmlak” sektoru, “Tibbi turizm” istiqaməti üzrə ideyalar, habelə təşkilatçıların təqdim etdiyi yeni xidmət növü - eksponentlərin ziyarətçilərlə ünsiyyətini sürətləndirən görüşlərin əvvəlcədən təyin edilməsi proqramı diqqəti cəlb edir. “AITF 2015” sərgisinin belə səciyyəvi xüsusiyyətləri sərginin bütövlükdə Qafqaz regionu üzrə turizm sənayesinin inkişafında oynadığı rolla bağlıdır.

Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF-2015”) sərgisi ilə eyni vaxtda 2-ci Xəzər Beynəlxalq “Kater və Yaxtalar” (“CIBS 2015”) və 9-cu Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2015”) sərgiləri ilə eyni vaxtda start götürdü. “CIBS 2015” sərgisi öz işinə başladığı vaxtdan bəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT),  Azərbaycan Turizm Assosiasiyası (AzTA), Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.



Tərəfdaşlar