EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Fərdi istirahət üçün lüks otel
Media мərkəz » Xəbərlər

Fərdi istirahət üçün lüks otel
03.04.2015

Xəbərlər

Nuriye Küreci, “Adenya Hotels & Resort” otelinin inzibatçı köməkçisi

– Türkiyənin Alanya bölgəsində yerləşən “Adenya Hotels & Resort” kurort kompleksinin özəlliyi onun İslam dininin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsidir. Bizim otelin qonaqları arasında xeyli sayda Azərbaycanlı var. Bu, bizim Bakıdakı Beynəlxalq “Turizm və Səyahətlər” sərgisində ilk iştirakımızdır. Məqsədimiz “Adenya” oteli barədə geniş auditoriyaya məlumat verməkdir.

Tamamilə yeni beşulduzlu halal kurort kompleksi – “Adenya Hotels & Resort” dəbdəbəli interyeri və ekzotik dizaynı ilə seçilməklə yanaşı, gözəl istirahət arzusunda olanlar üçün ideal məkandır. Kompleks turizm mərkəzi Alanya şəhərində, bilavasitə Aralıq dənizi sahilindəki kiçik yarımadada yerləşir. Açıq havada yerləşən və qapalı üzgüçülük hovuzları, habelə Misirdən gətirilmiş qumu olan və ayrıca olaraq kişi və qadın sektoruna bölünmüş çimərlik zonası qonaqlarımızın ixtiyarındadır. Qonaqlara otelin restoranlarında İslam dininin tələblərinə uyğun olaraq hazırlanmış geniş çeşidli yeməklər təklif olunur. Onu da diqqətinizə çatdırım ki, bizim oteldə spirtli içkilər verilmir. Burada qonaqlar geniş ibadət otaqlarından istifadə edə bilərlər.

Qeyd edə bilərəm ki, “AITF 2015” sərgisi yüksək səviyyədə təşkil olunub. Biz sərginin ilk günü xeyli sayda görüş keçirdik və otelimizə böyük maraq olduğunu müşahidə etdik. Sevindirici haldır ki, təkliflərimiz fərdi istirahətin tərəfdarı olan sərgi ziyarətçiləri və Azərbaycanlı turistlər tərəfindən müsbət qarşılanır.

 



Tərəfdaşlar