EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Biz Azərbaycanda şərabçılıq ənənələrini dirçəldirik
Media мərkəz » Xəbərlər

Biz Azərbaycanda şərabçılıq ənənələrini dirçəldirik
03.04.2015

Xəbərlər

Əziz Qasımov, N. V. Nikitin adına Qırmızı Əmək Bayrağı Ordenli Kolxozun İdarəetmə şurasının üzvü, icraçı direktor.

– N. V. Nikitin adına Kolxoz Azərbaycan Respublikası İsmayıllı rayonunun İvanovka kəndində yerləşir və öz ekoloji cəhətdən təmiz məhsulları ilə məşhurdur. 2014-cü ildə yerli üzüm bağının 60 illik yubileyi qeyd olundu və məhz buna görə də kolxozumuzun xüsusi şərab silsiləsini istehsal etmək qərarına gəldik.

Bu, bizim “AITF 2015” sərgisində debütümüzdür və biz burada “İvanovka Bağları 1954” brendlı şərabımızı təqdim edirik. Məhsullarımız sərginin ilk günündən etibarən iştirakçı və ziyarətçilərin böyük marağına səbəb oldu. “Mədrəsə”, “Ağ süfrə”, “Kəmşirin” və “Kaqor” kimi şərablar həmişə Azərbaycan şərabçılıq sənayesinin qüruru olub və Azərbaycanı beynəlxalq sərgilərlə ləyaqətlə təmsil edib. Bu gün biz Azərbaycan şərabçılıq ənənələrini dirçəldirik və Azərbaycan şərabçılığının şöhrətinin dirçəlişinə öz töhfəmizi veririk.

Bizi uzunmüddətli investisiyalar cəlb edir və biz tərəfdaş axtarışındayıq, belə ki, biz öz üzüm emalı zavodumuzu inşa etmək istəyirik. Mən əminəm ki, bu sərgi qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımıza kömək edəcək.

 



Tərəfdaşlar