EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Yeni konsepsiya: “Taynessi kəşf edin!”
Media мərkəz » Xəbərlər

Yeni konsepsiya: “Taynessi kəşf edin!”
03.04.2015

Xəbərlər

Darya Kinel, Tailand Turizm İdarəsinin Moskva ofisinin İctimai əlaqələr üzrə meneceri

– Bu il Taylandın milli stendi turizm infrastrukturumuza daxil olan 5 şirkəti özündə birləşdirir. Bu şirkətlər arasında daxili turoperatorlar – “Exotic Voyage”, “Grand Orchid Travel” və “Discovery Holidays” şirkətləri, habelə “Dusit” və “Centara” otel şəbəkələri yer alır.

Hazırda biz yeni “Tayness” konsepsiyasını fəal şəkildə təbliğ edirik. “Taynessi kəşf edin!” kampaniyasının əsas ideyası Krallığın qonaqlarına özündə “tayness” anlayışını ehtiva edən Taylandın əsas qeyri-maddi sərvətini - Tailand xalqı, burada yaşayan insanların həyat tərzi, habelə ölkənin mədəni xüsusiyyətlərini nümayiş etdirməkdir. Bütün bunlar digərlərindən aydın şəkildə fərqlənərək unikal turizm istiqaməti olan Taylandın obrazını formalaşdırır. Tailandlılar öz gündəlik həyat tərzlərini yaşayarkən aqressivlikdən uzaqlaşmağa və bir-birilərinə, eləcə də ölkənin qonaqlarına qarşı mehriban və qonaqpərvər olmağa çalışırlar.

Biz sərginin ilk günündə yerli turizm şirkətlərinin nümayəndələri ilə kifayət qədər çox ünsiyyətdə olduq. Azərbaycanlı turistlər istirahət məqsədi ilə tez-tez Taylandın məşhur 2-3 kurortunu seçirlər. Biz onları Tailanddakı istirahət imkanları ilə tanış etmək istəyirik və “AITF 2015” sərgisi vasitəsi ilə yerli şirkətlərlə əməkdaşlıq münasibətləri qurmaq və yeni müştərilər tapmaq niyyətindəyik. Biz həmçinin Azərbaycan-Tailand aviareysi üçün “AZAL” ilə yanaşı, ucuz qiymətlər təklif edən şirkətlərin də iştirakının tərəfdarıyıq, belə ki, bu, əhalinin azgəlirli hissəsinin də marağına səbəb ola bilər. Bundan əlavə, Tailanddakı ucuz qiymətlər turistləri təəccübləndirməyə bilməz.



Tərəfdaşlar