EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Bu suların müalicəvi təsirini hökmdarlar sınaqdan keçiriblər
Media мərkəz » Xəbərlər

Bu suların müalicəvi təsirini hökmdarlar sınaqdan keçiriblər
03.04.2015

Xəbərlər

Anastasiya Skrınnikova, “Gold SPA Turçianskie Teplitse” (Slovakiya) müalicə kurortunun satış üzrə meneceri

- “Qızıl kurort” da adlandırılan “Turçian” istisu kurort mərkəzi Avropanın ilk və ən məşhur turizm mərkəzlərindən biridir və termal mineral bulağın yanında yerləşir. Bu suların müalicəvi təsirini vaxtı ilə hökmdar və dvoryanlar sınaqdan keçiriblər. Biz istəyirik ki, bizim mərkəzi daha çox sayda Azərbaycanlı ziyarət etsin və məhz buna görə də biz bu gün Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisində debüt edirik. Biz həmçinin Azərbaycanın turizm təşkilatları ilə əməkdaşlıq əlaqələri qurmaq niyyətindəyik.

Bizim stendə “Turçian” istisu kurort mərkəzi, yerli mineral suların müalicəvi xüsusiyyətləri, habelə burada keçirilən proseduralar barədə ətraflı məlumat verilir. Bu proseduralar arasında qızılla müalicəni nəzərdə tutan unikal prosedura da var. Sözügedən prosedura qızıl vanna, qızıla bürünmə, qızıl masaj, xalis 24 karatlıq qızılla üz maskası, mineral sularla qızıl müalicə seansı və s. daxildir.

Qeyd edə bilərəm ki, “AITF 2015” sərgisi çox yüksək səviyyədə təşkil olunub və bizi ilk andan etibarən yaxşı mənada heyrətləndirdi. Qeydiyyat masasının əməkdaşlarını milli geyimdə görmək çox xoş idi - mən digər sərgilərdə belə halla rastlaşmamışam.

.

 



Tərəfdaşlar