EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Sərginin faydalı və dolğun iş günləri
Media мərkəz » Xəbərlər

Sərginin faydalı və dolğun iş günləri
03.04.2015

Xəbərlər

Katerina Kuznetsova, “Hideaway Beach Resort & SPA” otelinin Rusiya və MDB ölkələri üzrə marketinq və satış meneceri

– Bu, mənim Bakıya artıq üçüncü səfərimdir, belə ki, mən işlədiyim uzun illər ərzində müxtəlif sahələr üzrə tədbirləri ziyarət etsəm də, “AITF” sərgisində ilk dəfə iştirak edirəm. Azərbaycanlılar əsasən yaxın ölkələrə səyahət etməyi üstün tuturlar, lakin bununla yanaşı, ekzotik Maldiv adalarına maraq ildən-ilə artır.

Mən Maldiv adalarının milli stendi çərçivəsində dəbdəbəli otel kompleksini – “Hideaway Beach Resort & Spa” və “Lily Beach Resort & Spa” otellərini təqdim edirəm. Tam yeniləndikdən sonra 2014-cü ildə açılmış “Hideaway Beach Resort & Spa” oteli Maldiv adalarının tropik gözəlliyinin qoynunda sakit, rahat və zövqoxşayan istirahətə üstünlük verən səyahət həvəskarları üçün əla seçimdir. Öz unikallığı, villalarda yüksək səviyyəli servis və individual xidməti ilə məşhur olan otel həm cütlüklər, həm də uşaqlı ailələr üçün münasibdir. Bizim təqdim etdiyimiz ikinci otel – “Lily Beach Resort & Spa” oteli “luxury all inclusive” (“lüks kateqoriyalı kompleks istirahət”) prinsipi əsasında fəaliyyət göstərir və bura yemək və içkilərlə yanaşı, 4 ekskursiya və 4 siqaret markası daxildir.



Tərəfdaşlar