EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - VSP şirkətinin xidmətləri hamı üçün sərfəlidir!
Media мərkəz » Xəbərlər

VSP şirkətinin xidmətləri hamı üçün sərfəlidir!
04.04.2015

Xəbərlər

Mədinə Metyu, “Voyages Services Plus” şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində biznesin inkişafı üzrə meneceri

–1987-ci ildə yaradılmış “Voyages Services Plus” (“VSP”) şirkəti daxili turizm xidmətləri sahəsində ixtisaslaşır. Şirkətin ofisi Parisin mərkəzində yerləşir və şirkət “AITF” sərgisində Fransa boyu səyahətlərin, habelə kollektiv və fərdi turların geniş çeşidi, otellərdə bron və maraqlı ekskursiyaların təşkilini təklif edir. Azərbaycan bizim üçün yeni və kifayət qədər perspektivli bir bazardır. Yeri gəlmişkən deyim ki, sərginin təşkilati səviyyəsi, iştirakçıların tərkibi və ziyarətçilərin fəallığı məni yaxşı mənada heyrətləndirib.

Qeyd edə bilərəm ki, Azərbaycanlı turistlərə təklif edə biləcəyimiz xidmətlərimiz var. İlk növbədə biz kifayət qədər sərfəli qiymətlərlə yüksək səviyyəli xidmət təklif edirik. Azərbaycanın bir çox turizm şirkətinin menecerləri artıq bizə yaxınlaşmış, işimizlə maraqlanmış və qiymətlərin aşağı olmasına təəccüblənmişlər. Bir sözlə, “VSP” şirkətinin xidmətlərindən təkcə imkanlı şəxslər deyil, həm də əhalinin ən geniş təbəqələri bəhrələnə bilər.

“All-onebooking.com” İnternet-sistemimiz sayəsində biz xidmətlərin geniş çeşidini yerinə yetiririk (oteldə yerləşdirmə, hava limanı və otel arasında nəqliyyat xidməti, restoranlar, səyahətlər, ekskursiyalar, bələdçinin müşayiəti ilə səfərlər, fərdi və qrup şəklində səyahət edən turistlər üçün kabare tamaşaları, istirahət və ya iş üçün səfərlər, tərcüməçi və köməkçi xidmətləri, konfranslar, seminarlar və korporativ tədbirlərin təşkili, “VIP” xidmətlərin göstərilməsi).

 



Tərəfdaşlar