EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “AITF 2015”: əlamətdar tədbirlər, parlaq təəssüratlar və layiqli servis
Media мərkəz » Xəbərlər

“AITF 2015”: əlamətdar tədbirlər, parlaq təəssüratlar və layiqli servis
04.04.2015

Xəbərlər

Bu gün Bakı Ekspo Mərkəzində “Iteca Caspian LLC”  və “ITE Group Plc.” şirkətləri tərəfindən təşkil olunan 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2015”) sərgisinin sonuncu iş günüdür. Sərgidə dünyanın 42 ölkəsindən 371 şirkət və 80 turizm istiqaməti təqdim olunur.

Aprel ayının 3-də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və onun xanımı Mehriban Əliyeva “AITF 2015” sərgisini ziyarət etdilər. Bu, regiondakı müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən aparıcı beynəlxalq sərginin yüksək statusunu bir daha sübut edir. “AITF 2015” sərgisi ilə tanışlıqdan sonra Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya “Bakı 2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlər təqdim olundu. Sonda Ölkə başçısı sərginin işinə uğurlar arzuladı.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AITF 2015” sərgisinin regionda təşkil olunan turizm tədbirləri arasında lider olduğunu vurğulayaraq əlavə etdi ki, sərgi 2016-cı ildə öz yubileyini qeyd edəcək və cənab nazir hər kəsi bu yubiley sərgiyə dəvət etdi. Həmçinin, çıxışı zamanı mədəniyyət və turizm naziri Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş Katibi Dr. Taleb Rifainin sözlərini də sitat gətirdi:                 “ - Azərbaycan dünya turizm üfüqünün parlaq ulduzudur və turizm marşrutu kimi, öz layiqli yerini tutmağa müvəffəq olub.”

Hazırkı sərgi dünya turizm bazarının əsas iştirakçılarını bir araya gətirərək turizm xidmətlərinin geniş spektrini nümayiş etdirir, sərgi iştirakçılarının sayı isə ildən-ilə artır. Sərginin eksponentləri arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriya və pansionatlar, eləcə də müalicə-sağlamlıq və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri yer alır.

Sərgidə turizm agentlikləri, turoperator və milli qruplar turizm xidmətlərinin geniş çeşidini təqdim edirlər. Bu xidmətlərə avtomobil, hava və dəniz daşımaları, otel biznesi, ticarət assosiasiyaları, fəal və ekstremal istirahət turlarının təşkili və digər xidmətlər daxildir. Bu mənada növbəti yubiley “AITF” sərgisinə simvolik təkan verən hazırkı sərginin rolu böyükdür. Artıq indidən bir sıra xarici şirkətlər “AITF 2016” sərgisində iştirak etmək istədiklərini bildiriblər.

İştirakçı ölkələrin coğrafiyası və stendlərin ekzotikası əsil atəşfəşanlığa çevrildi. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand və Türkiyə də daxil olmaqla, ümumilikdə 17 ölkənin milli qrupları iştirak edir. Burada bir-birindən maraqlı və möcüzəli kəşflər, nağılabənzər təəssüratlar aləmi reallığa çevrilmişdi. Sərgiyə gələn qonaqları şərq qonaqpərvərliyi, Avropa mədəniyyəti, qərb dizaynı və otellərin füsunkar dəbdəbəsi, eləcə də Cənubi Amerika, Aralıq dənizi regionu, Qafqaz, Ərəb və Slovak rəqsləri, o cümlədən musiqi, dekorasiya, şirniyyat, şərab, suvenirlər və əlbəttə ki, gülərüz simalar qarşılayırdı.

Azərbaycanın turizm imkanlarını geniş şəkildə təqdim edən yerli turoperatorlar və regional təqdimatlar “AITF 2015” sərgisinin əsas brendinə çevrildi. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Qəbələ, Qax, Quba, Lənkəran, Xaçmaz, Şəki və Respublikanın digər rayonları ölkəmizin turizm potensialını nümayiş etdirirlər. Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi də təqdim olunur, Naxçıvanın stendində isə müasir otel kompleksləri nümayiş etdirilir.

“AITF” sərgisi qarşıdan gələn mövsümdə ən maraqlı və aktual məsələləri elan edərək Birinci Avropa Oyunlarına (“Bakı 2015”) hazırlığı, habelə Azərbaycanın bütün bölgələrindən otel və turoperatorları bir yerə toplayan Azərbaycan Turizm Assosiasiyasının (AzTA) fəaliyyətini əks etdirdi. Eyni zamanda, “Azərbaycan Hava Yolları” QSC və onun tərəfdaşı “SilkWay” şirkətinin də iştirakı diqqətə layiqdir.

Sərgi turizm sənayesi üzrə beynəlxalq görüşlərin keçirildiyi platforma kimi regionda liderdir. Tərəfdaş və potensial müştərilərin axtarışı yeni dostluq əlaqələrinə, eləcə də sahibkar, alım, jurnalist və müxtəlif ölkələrin səyahət həvəskarları arasında beynəlxalq əməkdaşlıq modelinə çevrildi. “AITF 2015” sərgisi həm turizm sahəsinin mütəxəssisləri, həm də bütün ziyarətçilər üçün əla imkanlar yaradır. Bu baxımdan, beynəlxalq ekspertlərin təəssüratları da üst-üstə düşür - sərgi artıq 14 ildir ki, turizm sahəsinin çoxsaylı peşəkarları, habelə sahibkarlar və səyahət həvəskarları üçün əsas beynəlxalq görüş platformasıdır.

Təşkilatçıların yeni işgüzar proqramı - görüşlərin əvvəlcədən təyin olunması layihəsi xüsusi ilə diqqətə layiqdir. Bu yeni xidmət növü onlarla yerli və xarici sahibkara vaxta qənaət etmək, sərgidəki işləri səmərəli şəkildə planlaşdırmaq, potensial tərəfdaş və müştərilərlə görüşmək, habelə yeni əlaqələr qurmaq, eləcə də mövcud əlaqələri möhkəmləndirməyə imkan verdi.

9-cu Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2015”) və 2-ci Xəzər Beynəlxalq “Kater və Yaxtalar” (“CIBS 2015”) sərgiləri 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF-2015”) sərgisi ilə eyni vaxtda start götürüb. Tədbirlərin təşkilatçıları qismində isə “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər.



Tərəfdaşlar