EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Azərbaycan Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının turizm sahəsi üzrə reytinqinə daxil olub
Media мərkəz » Xəbərlər

Azərbaycan Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının turizm sahəsi üzrə reytinqinə daxil olub
05.08.2015

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) turizm sahəsi üzrə tərtib olunan reytinqinə daxil olub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ICCA-nın beynəlxalq assosiasiya görüşləri üzrə hər il dərc olunan reytinqinə daxil olmaq üçün ölkədə görüşlər müntəzəm olaraq keçirilməli və ən azı üç ölkədən 50 nümayəndə iştirak etməlidir.

 

Azərbaycan ICCA-nın dünya ölkələrinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və görüşlər assosiasiyasının iclaslarının keçirilməsi üzrə hazırlanan reytinqində 79-cu yeri tutub.

 

Region ölkələri arasında Azərbaycan sözügedən reytinqdə Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistan kimi ölkələri geridə qoyub.

 

Reytinqə ABŞ, Almaniya və İspaniya başçılıq edir.

 

Şəhərlər üzrə reytinqdə isə Bakı Kann, Luzern, Verona, Tiflis, Tel-Əviv, Baltimor, Bonn və Lids kimi şəhərləri qabaqlayıb.



Tərəfdaşlar