EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Rəylər
AITF - Nazir: “Vizaların verilmə müddətinin 10 gündən 3-5 günədək azaldılması gündəmdədir”
Media мərkəz » Xəbərlər

Nazir: “Vizaların verilmə müddətinin 10 gündən 3-5 günədək azaldılması gündəmdədir”
05.08.2015

Xəbərlər

Bakı. Cavid Zeynallı – APA. “Bu gün Azərbaycanda 60-dan çox şirkət elektron vizaların verilməsi ilə məşğuldur. Yalnız bu il müddətində 10 mindən artıq elektron turist vizası verilib. Ancaq dövlət başçısının tapşırığının əsas məqsədi vizaların daha çevik, daha səmərəli və rahat alınması üçün şəraitin yaradılmasından ibarətdir”.

 

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdeyib. O bildirib ki, vizanın verilmə müddətinin aşağı salınması, yəni 10 gündən 3-5 günədək azaldılması məsələsi gündəmdədir: “Artıq Xarici İşlər Nazirliyi digər dövlət qurumları ilə birlikdə təkliflər və qərar layihələri hazırlayır. Ümidvaram ki,Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalar üzrə akkreditasiya yenidən aparılacaq. Turizm şirkətlərinin bu qaydalara tam riayət etmələrinə ciddi nəzarət olunmalıdır. Onların vasitəsilə bu vizaların alınması və bəlkə də xüsusi mərkəzlərin yaradılması mövzusu bu gün gündəlikdədir”.



Tərəfdaşlar