EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Azərbaycanda mehmanxanaların sayı 338-ə, turizm şirkətlərinin sayı isə 295-ə çatıb
Media мərkəz » Xəbərlər

Azərbaycanda mehmanxanaların sayı 338-ə, turizm şirkətlərinin sayı isə 295-ə çatıb
10.08.2015

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 338-ə çatıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyul ayı ərzində "My Way" mehmanxanası, "Dostluq" istirahət mərkəzi, "Motel" və "Business Palace" obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

 

Eyni zamanda, Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı isə 295-ə çatıb. Mədəniyyət və Turizm Nazirliyitərəfindən iyul ayı ərzində "Ze Tur", "Luna Travel", "Bir An Tur", "Kaspi Tur", "Azera Turizm", "Time To Travel", "Mondo Travel", "A La Carte Travel" və "Filosofi" şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.



Tərəfdaşlar