EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Sağlıq Turizmində TURSAB və Azərbaycan əlaqələrinin rolu araşdırılacaq
Media мərkəz » Xəbərlər

Sağlıq Turizmində TURSAB və Azərbaycan əlaqələrinin rolu araşdırılacaq
10.09.2015

Xəbərlər

Sağlıq Turizmində TURSAB və Azərbaycan əlaqələrinin rolu araşdırılacaq

18-20 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan beynəlxalq “Səhiyyə” (“BIHE 2015”), 10-cu Azərbaycan beynəlxalq “Stomatologiya” və 9-cu Azərbaycan beynəlxalq “Gözəllik və estetik tibb” sərgiləri keçiriləcək.
Sərgi meydançasında xarici istehsalçılarla yanaşı, dünyanın aparıcı istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların yerli distribyutorları da iştirak edəcəklər. Sərgi tibbi turizm sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri sərgidə birgə milli stendlə çıxış edəcək. Sərgidə həmçinin xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il sərginin tibbi turizm sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.
Sərginin 2-ci günü sentyabrın 19-da Bakı Ekspo Mərkəzində "Sağlıq Turizmində TURSAB və Azərbaycan əlaqələrinin rolu və önəmi" mövzusunda panel toplantısı təşkil ediləcək. Bu barədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından afn.az-a daxil olan məlumatda bildirilir ki, sərgi çərçivəsində həmçinin turizm sektorunda maraqlı təqdimatlar da reallaşdırılacaq. 



Tərəfdaşlar