EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Ötən doqquz ay ərzində Azərbaycana bir milyona yaxın turist gəlib
Media мərkəz » Xəbərlər

Ötən doqquz ay ərzində Azərbaycana bir milyona yaxın turist gəlib
10.09.2015

Xəbərlər

APA-nın məlumatına görə, bunu turizmlə bağlı keçirilən biznes forumda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. Onun sözlərinə görə, Azərbaycana turistlər əsasən Rusiya, Türkiyə, Gürcüstan və İrandan gəlir: “Qonşu ölkələrdə baş verən iqtisadi çətinliklər turistlərin sayına təsir edir. Məsələn,  Rusiyadan gələn turistlərin sayında bu il 87 minə yaxın azalma olub”.

 

Nazir müavini qeyd edib ki, dünyada turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində sahibkarlar üçün vergi güzəşti tətbiq edilir: “Bəlkə bizdə də bunu tətbiq etmək vaxtı çatıb. Artıq aviabiletlərin qiyməti ucuzlaşıb,  aviabiletlərin qiymətlərinin endirilməsi  Azərbaycana gəlmək üçün turizm paketinin qiymətinə də öz təsirini göstərib. Eyni zamanda, viza ilə bağlı Nazirlər Kabinetinin “Turizm şirkətlərinə viza vermək hüququ verən akkreditasiya qaydaları” təsdiqlənib. Artıq 65 turizm şirkəti bu hüquqa malikdir. İnanırıq ki, bu, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə imkan verəcək".

 

N.Səmədov əlavə edib ki, viza ilə bağlı dünya təcrübəsinə əsaslanmaqla hazırlanan təkliflər Xarici İşlər Nazirliyinə təqdim edilib. Nazir müavinin sözlərinə görə, sahibkarlar nazirliyin təkliflərini və tövsiyələrini nəzərə almaqla qiymətləri endiriblər: “Dövlət olaraq bu sahədə hansısa islahatları aparmalıyıq. Bununla bağlı da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkliflər hazırlanıb”.



Tərəfdaşlar