EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Tibbi turizmin inkişafına dair konfrans
Media мərkəz » Xəbərlər

Tibbi turizmin inkişafına dair konfrans
19.09.2015

Xəbərlər

Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BİHE 2015”) sərgisi çərçivəsində Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə tibbi turizmin inkişafına dair konfrans keçirildi.

Konfransın gedişatında iki ölkə arasında müalicə, sağlamlıq və termal turizm sahələrinin inkişafı üzrə əməkdaşlıq məsələləri müzakirə olundu.

Konfransda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm departamentinin rəhbəri Aydın İsmiyev Azərbaycan və Türkiyənin turizm təşkilatlarının nazirlik və müxtəlif ictimai təşkilatlar səviyyəsində əməkdaşlıqlarının səmərəli olduğunu qeyd etdi. Bütün istiqamətlər, o cümlədən sərgi və forumlarda iştirak, təcrübə mübadiləsi, treninqlərin təşkili və digər məsələlər üzrə işgüzar münasibətlər qurulmaqdadır.

Öz növbəsində, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin prezidenti Ruslan Quliyev təşkilatın təsis edilməsi və strukturu, eləcə də Azərbaycanda müalicə və sağlamlıq məqsədi ilə istirahət imkanlarının təbliğinə yönəldilmiş əsas fəaliyyət istiqamətləri barədə danışdı. “ - Təəssüflər olsun ki, Sovet İttifaqının dağıldığı dövrdə Azərbaycanda sanatoriya-kurort təsərrüfatı demək olar ki sıfıra enmişdi. Ölkənin müstəqillik illərində isə dövlət və ayrı-ayrı sahibkarlar bu sektoru bərpa etməyə başladılar. Bu gün Azərbaycanın bütün bölgələrində (Naftalan, Qəbələ, Qax və s.) yeni, müasir avadanlıqlarla təchiz edilmiş kurort-sanatoriya mərkəzləri yaradılıb. Bizim vəzifəmiz isə bütün bu potensialı birləşdirmək və onu dünya bazarında tanıtmaqdan ibarətdir” – deyə R. Quliyev vurğuladı.

Məruzəçi həmçinin bu məsələ üzrə Türkiyəli həmkarlarının dəyərli dəstəyini də xatırlatdı. R. Quliyev bildirdi ki: “- Assosiasiya təsis edildiyi gündən etibarən son 2 il ərzində biz Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TURSAB) dəstəyi ilə Türkiyədə təşkil olunan bir sıra sərgi və forumlara qatılaraq, öz imkanlarımızı uğurla təşviq etmişik. Həmçinin, Türkiyənin tibbi turizmlə məşğul olan təşkilat və şirkətləri də özlərini Azərbaycanda uğurla reklam edirlər. “BIHE 2015” sərgisində Türkiyənin təxminən 50 şirkətinin 600 kvadrat metr ərazini əhatə edən stendlə çıxış etməsi bunu bir daha sübut edir.

Konfransda çıxış edən “TURSAB” Assosiasiyasının nümayəndələri - cənab Emre Afanyalı və Ali Kaya tibbi turizm, xarici vətəndaşlar üçün Türkiyənin aparıcı dövlət və özəl xəstəxanalarında müalicənin təşkili, eləcə də müalicə olunmaq istəyən turistlərin qarşılıqlı mübadiləsi sahəsində Türkiyənin əldə etdiyi zəngin təcrübədən danışdılar.



Tərəfdaşlar