EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Azərbaycanla Avstriya arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub
Media мərkəz » Xəbərlər

Azərbaycanla Avstriya arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub
22.09.2015

Xəbərlər

Mədəniyyət və Turuizm naziri Əbülfəs Qarayev Avstriyanın Aviasiya Assosiasiyasının prezidenti, professor Rat Mario Rehulkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında həyata keçirilən bir sıra layihələr müzakirə olunub.

Nazir Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın Krems Universiteti arasında həyata keçirilən əməkdaşlığı xüsusi olaraq vurğulayıb, ölkədə ikili diplom verən ilk təhsil müəssisəsi olduğunu bildirib.

R.M.Rehulka Azərbaycan haqqında yüksək fikirlərini bildirib, həmçinin Universitet ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Qonaq həmçinin elektron viza sisteminin əhəmiyyətindən də bəhs edib, bu sistemin turistlərə verdiyi üstüklüklərdən söz açıb.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə ev sahibliyini vurğulayan professor R.Mario Avroviziya Mahni Müsabiqəsi, I Avropa Oyunlarının Bakının dünyada tanıdılması istiqamətində mühüm hadisə adlandırıb.

Qonaqlar Azərbaycana səfərləri çərçivəsində Lahıc, Qəbələ, Şəki turizm imkanları ilə tanış olublar, həmçinin Qobustan və Atəşgah kimi unikal tarix və mədəniyyət abidələrinə səfər ediblər.



Tərəfdaşlar