EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Nazirlik: "Top Resa 2015” beynəlxalq sərgisində Azərbaycanın işğal edilmiş ərazilərinin təbliğinin qarşısı alınıb
Media мərkəz » Xəbərlər

Nazirlik: "Top Resa 2015” beynəlxalq sərgisində Azərbaycanın işğal edilmiş ərazilərinin təbliğinin qarşısı alınıb
30.09.2015

Xəbərlər

Parisdə keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisi işə başlayıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi sərgidə təmsil edir.

 

Beynəlxalq sərgidə qurulmuş Azərbaycanın milli stendində mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin turizm imkanları haqqında fransız və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub, ziyarətçilərlə işgüzar görüşlər keçirilib və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanıb.

 

Sərgi zamanı ölkəmizin stendini Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın turizm naziri Matthias Fekl ziyarət edib.

 

Sərgidə Fransanın tanınmış “Alesta voyage” şirkəti ilə Azərbaycanın “Silk Way” şirkəti arasında ölkəmizə turistlərin cəlb edilməsi ilə bağlı Anlaşma memorandumu imzalanıb.

 

Azərbaycanda 2-3 ulduzlu brend otellərin tikilməsi məqsədilə özündə “Novotel”, “İbis” və digər bu kimi otelləri birləşdirən “Accor” mehmanxanalar şəbəkəsinin İnkişaf departamentinin baş direktoru Gauran Bhushan ilə görüş keçirilib və bu ilin sonunda Bakıda yerli sahibkarlar üçün geniş təqdimatın keçirilməsi haqqında razılıq əldə olunub.

 

Nazirlikdən bildiriblər ki, münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz məqsədlərə görə istifadəsinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən təklif edilmiş və Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 28-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında qəbul edilmiş “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnaməsi sayəsində, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağregionunun “Top Resa 2015” beynəlxalq sərgisində təbliğinin qarşısı uğurla alınıb.

 

Sərgi oktyabrın 2-dək davam edəcək.

 



Tərəfdaşlar