EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “Şahdağ” Turizm İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib
Media мərkəz » Xəbərlər

“Şahdağ” Turizm İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib
28.09.2015

Bakıda “Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin rəsmiləri və turizm ictimaiyyəti iştirak edib.

 

Ə. Qarayev bildirib ki, informasiya mərkəzinin açılışı Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsinə dair lazımlı addımdır: “Mərkəzdə otel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarə sifarişi və paket təkliflər əldə etmək xidmətləri təklif olunacaq. Müştərilər şirkətə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib, sifariş verə biləcəklər. Bu, müasir yanaşmadır. Cənab prezidentin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı sərəncama uyğun olaraq bu, birinci addımdır. Əsas məqsəd turistlərin rahatlığını təmin etməkdən ibarətdir”.

 

Açılış mərasimində qeyd olunub ki, mərkəz Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək.



Tərəfdaşlar