EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Bu il yay mövsümündə Azərbaycanın regionlarında 47 545 xarici turist istirahət edib
Media мərkəz » Xəbərlər

Bu il yay mövsümündə Azərbaycanın regionlarında 47 545 xarici turist istirahət edib
11.10.2015

Bu ilin 1 iyun – 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər təşkil edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bunun 560 688 nəfər yerli, 47 545 nəfər xarici turistdir.

 

Nazirlikdən bildiriblər ki, bu, ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir. Aparılan araşdırmalara görə, Quba–Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı – İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.



Tərəfdaşlar