EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Fransız turistlərə Azərbaycana gəlmək üçün yeni təkliflər edilib
Media мərkəz » Xəbərlər

Fransız turistlərə Azərbaycana gəlmək üçün yeni təkliflər edilib
13.10.2015

Xəbərlər

Parisdə Azərbaycanın turizm imkanlarının Fransada təbliğ edilməsi və fransız turistlərin ölkəmizə cəlb edilməsi məqsədilə "Interface Tourism" və "MN Organisation" şirkətləri ilə görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş “Top Resa 2015” beynəlxalq turizm sərgisi çərçivəsində baş tutub.

Bununla yanaşı, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edən turizm şirkətləri tərəfindən Fransa bazarı üçün hazırlanmış xüsusi proqramlar ziyarətçilərə təqdim olunub.

Belə ki, "SW Travel" şirkətinin "AZAL" QSC ilə əldə etdiyi razılaşmaya uyğun olaraq 3 günlük sərfəli proqramlar hazırlanıb və yerli turistlərə təklif edilib.

"Geo travel" turizm şirkətinin təqdim etdiyi və fransız turistlərin diqqətini cəlb edilən "Aleksandr Düma Qafqazda" beynəlxalq turizm marşrutu ziyarətçilər tərəfindən böyük marağa səbəb olub.

"Gilan Tourism" şirkəti tərəfindən isə turistlərə "Qafqaz" hotellər şəbəkəsində xüsusi endirimli proqramlar təqdim edilib.

Qeyd edək ki, 4 gündür davam edən “Top Resa 2015” sərgisi bu gün öz işini başa çatdıracaq.



Tərəfdaşlar