EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “Şahdağ” Turizm Kompleksi MDB dağ-xizək kurortlarının TOP-10 reytinqində yer alıb
Media мərkəz » Xəbərlər

“Şahdağ” Turizm Kompleksi MDB dağ-xizək kurortlarının TOP-10 reytinqində yer alıb
25.12.2015

Xəbərlər

Şahdağ” Qış-Yay Turizm Kompleksi MDBölkələrinin dağ-xizək kurortları üzrə tərtib edilmiş reytinqin ilk onluğunda yer alıb. APA-nın məlumatına görə, məşhur turizm xidməti  Travel.ru  “Forbes” ilə birlikdə yanvar ayı üçün MDB məkanı üzrə viza tələb olunmayan münasib (oteldə qalmaq haqqı, nahar, və s. xidmətlər nəzərə alınmaqla - Oktogo.ru saytının məlumatına əsasən) dağ-xizək kurortlarının TOP-10 reytinqini tərtib edib.

 

  1. Belokurixa (Altay, Rusiya) – 3200 rubl (adambaşına gündəlik xərc)
  2. Loqoysk (Minsk, Belarus) – 3400 rubl
  3. Zavyalixa (Çelyabinsk, Rusiya) – 3400 rubl
  4. Krasnaya sopka (Kamçatka, Rusiya) – 3400 rubl
  5. Qaragöl (Bişkek, Qırğızıstan)  - 3500 rubl
  6. Çimqan (Taşkent, Özbəkistan) – 3500 rubl
  7. Şahdağ (Azərbaycan) – 3700 rubl
  8. Bukovel (Ukrayna) – 3800 rubl
  9. Bakuriani (Gürcüstan) – 4100 rubl
  10. Şımbulak (Qazaxıstan) – 4300 rubl

 

Şahdağ Turizm Mərkəzi adını Azərbaycanın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 m hündürlükdə olan zirvəsi, Şahdağ zirvəsinin adından götürülüb. 2012-ci ildə istifadəyə verilib. Qusar şəhərinin 25 kilometrliyində yerləşir.



Tərəfdaşlar