EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Gürcüstan Milli Turizm Administrasiyası (GMTA) “AITF 2016” sərgisində iştirak edəcək
Media мərkəz » Xəbərlər

Gürcüstan Milli Turizm Administrasiyası (GMTA) “AITF 2016” sərgisində iştirak edəcək
16.03.2016

Xəbərlər

Gürcüstan Milli Turizm Administrasiyası (GMTA) Gürcüstan Respublikası İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi nəzdində yaradılmış dövlət orqanıdır və Gürcüstanın unikal turizm imkanlarının inkişafı, təşviqi və qorunub saxlanması üçün cavabdehdir.

Məram

Gürcüstan Milli Turizm Administrasiyasının məramı strateji tərəfdaşlarla səmərəli əməkdaşlıq çərçivəsində milli iqtisadiyyata əhəmiyyətli töhfə vermək məqsədi ilə beynəlxalq turizm xəritəsində Gürcüstanın mövqeyini unikal turizm istiqaməti kimi təyin edərək, ölkəyə gələn turistlərin təəssüratlarını zənginləşdirmək və onların xərclərini maksimuma çatdırmaqla, turizmin davamlı inkişafını təmin etməkdir.

İnkişaf konsepsiyası

GMTA-nın inkişaf konsepsiyası aşağıdakı kimidir:

Gürcüstanı hələ kəşf edilməmiş nadir turizm bölgəsi kimi bütün dünyaya göstərmək, turistləri bu ölkəyə heç olmasa bir dəfə gəlməyə sövq etmək və onları yenidən bu ölkəyə qayıtmağa həvəsləndirmək.

Bizim strategiyamız:

Aşağıdakı fəaliyyətlər sayəsində ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə vermək:

  • məşğulluq səviyyəsini artırmaq;
  • xərcləri və turistlərin sayını artırmaq;
  • investorları sərmayə yatırmağa təşviq etmək;
  • dövlət ilə özəl sektor arasında səmərəli tərəfdaşlıq çərçivəsində yerli özəl sektorun inkişafını dəstəkləmək.

Aşağıdakı fəaliyyətlər sayəsində Gürcüstanı nadir turizm bölgəsi kimi təbliğ etmək:

  • ölkəni brend kimi formalaşdırmaq və turizm xəritəsinə daxil etmək;
  • rəqabət üstünlüyünə nail olmaq;
  • bazarda iştirak payını artırmaq.

Aşağıdakı fəaliyyətlər sayəsində ölkəyə səyahət edən turistlərin təəssüratını yaxşılaşdırmaq:

  • İnfrastrukturu inkişaf etdirmək;
  • Xidmət keyfiyyətini artırmaq;
  • Təhsil keyfiyyətini yüksəltmək;
  • Kadr ehtiyatları üzrə səriştə və bacarıqları aşılamaq;
  • Turizm məhsulunun işlənib hazırlanmasına dəstək göstərmək və həyata keçirmək.

BİZ NƏ EDİRİK

Son bir neçə il ərzində ölkəyə səyahət edən əcnəbi qonaqların say baxımından sürətlə artması sayəsində Gürcüstanın turizm sektoru ölkə iqtisadiyyatına töhfə verən güclü sahələrdən birinə çevrilmişdir. Artıq 15 ildən çoxdur ki, Gürcüstan Milli Turizm Administrasiyası ölkənin turizm strategiyasına rəhbərlik edir və yeganə dövlət strukturudur ki, Gürcüstanın illik turizm strategiyalarının işlənib hazırlanması üçün cavabdehlik daşımaqla yanaşı, kəşf edilməmiş turizm məntəqəsi kimi, ölkə haqqında məlumatlılıq səviyyəsini artıraraq dünya turizm xəritəsində Gürcüstanın imicini möhkəmləndirir və yerli turizmi inkişaf etdirir.



Tərəfdaşlar