EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Kataloniya “AITF-2016” sərgisində sizin yolunuzu gözləyir!
Media мərkəz » Xəbərlər

Kataloniya “AITF-2016” sərgisində sizin yolunuzu gözləyir!
28.03.2016

Xəbərlər

Bu il öz yubileyini qeyd edən “AITF-2016” sərgisində İspaniyanın Kataloniya vilayəti  ikinci dəfə iştirak edəcək. Kataloniya Turizm Nazirliyinin (Catalan Tourist Board) kollektiv stendində muxtar vilayətin turizm idarələri və daxili turizm şirkətləri təmsil olunacaqlar, belə ki, Kataloniyanın Kosta Brava-Jiron və Salou bölgələrinin regional turizm idarələri, eləcə də “Ancodes”, “Novovira” və “i-Travex” kimi turoperatorların fəaliyyət göstərdiyi kollektiv stendi ziyarət edən şəxslər Kataloniyanın tükənməz turizm potensialı ilə yaxından tanış ola biləcəklər. Kataloniya və onun paytaxtı Barselona şəhərinin qonaqlarını möhtəşəm çimərliklər, ailəvi istirahət üçün komfortlu şərait, çoxsaylı gəzməli-görməli yerlər, il boyu fəal istirahət və alış-veriş üçün inkişaf etmiş infrastruktur, mədəni və idman tədbirləri ilə zəngin proqram, o cümlədən məşhur “Barselona” futbol klubunun oyunları, habelə bütün dünyada yüksək qiymətləndirilən nəfis mətbəx və şərab nümunələri, görüş və konfrans zalları, səhiyyə və tibb mərkəzləri və hətta eksklüziv toy mərasimlərinin təşkili kimi unikal imkanlar gözləyir.

Diqqətəlayiq haldır ki, Kataloniya 2016-cı ildə Avropanın “Qastronomiya regionu” elan edilmişdir və bununla əlaqədar olaraq, 2016-cı il Kataloniyada həm də “Qastronomiya və Şərab Turizmi İli” elan edilmişdir. Həmçinin, yay mövsümündə “AZAL” hava yollarının komfortlu təyyarələri ilə Barselona şəhərinə birbaşa reyslərin təşkil olunması da mühüm əhəmiyyət kəsb edir.



Tərəfdaşlar