EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Dominikan Respublikasi “AITF-2016” sərgisində
Media мərkəz » Xəbərlər

Dominikan Respublikasi “AITF-2016” sərgisində
04.04.2016

Xəbərlər

Bu il Dominikan Respublikası Turizm Nazirliyi Azərbaycan beynəlxalq “Turizm və Səyahətlər” (“AITF”) sərgisində üçüncü dəfə iştirak edir. Bizim yubiley iştirakımız sərginin yubileyi ilə üst-üstə düşüb və biz bu bayram tədbirində iştirak etməkdən məmnunuq.

Biz Azərbaycan bazarındakı üçillik fəaliyyətimiz zamanı təkcə ekzotik çimərlik istirahəti kimi deyil, həm də vakant biznes seqmenti turizmi - toy turizmi, qolf turizmi, “event”-turizm (müxtəlif mərasimlərlə bağlı turizm) və digər istiqamətlərdə öz mövqeyimizi möhkəmləndirə bilmişik.

Dominikan Respublikasının turizm istiqamətləri ildən-ilə bütün dünya turistləri arasında daha geniş tanınır. Respublikanın ümumi əhalisi 10 milyon nəfər olsa da, 2015-ci ildə ölkə 6 milyon turist qəbul edib və ölkənin artan populyarlığı bura yeni investisiyalar cəlb edir. Xarici investorlar dövlət strukturları və yerli kapitalla birlikdə, infrastruktur sahələrində də fəaliyyət göstərir. 2015-ci ildə müxtəlif turizm regionlarını birləşdirən sürətli şose yolları istifadəyə verilib.

Otel biznesi sahəsindəki yeniliklər arasında aşağıdakıları qeyd etmək olar:

1. Fevral ayının 8-də “Hard Rock Hotel Santo Domingo” otelinin təməli qoyuldu. Bu mehmanxana görüşlər, həvəsləndirici turlar, konfrans və sərgilər (“MICE”) sektorunda ən yaxşı otellərdən hesab edilən, eləcə də Karib dənizi hövzəsinin ən üslublu və müasir otellərindən biri olan “Hard Rock Hotel and Casino Punta Cana” otelindən sonra Dominikan Respublikasında Meksika şəbəkəsini təmsil edən ikinci oteldir.

2. Multimilyonçu Qustavo Sizneros və onun (ölkənin şimal-şərqindəki Miçes bölgəsində yerləşən) “Tropicalia” eko-infrastruktur layihəsi “Four Seasons” oteli ilə birləşdi. 2016-cı ilin sonu üçün isə dəbdəbəli otel və qolf meydançasının açılması planlaşdırılıb.

3. Dominikan Respublikasının şimal sahillərindəki “Playa Grande” çimərliyində “Aman Resorts” qrupuna daxil olan dəbdəbəli otel-butik açılıb. “Amanera Golf Resort” oteli tanınmış memar Robert Trent Cons tərəfindən layihələndirilmiş 36 eksklüziv villada yerləşmə və “Playa Grande Golf Course” qolf meydançası təklif edir.

Sərgidə tanınmış “Bahia Principe Hotels & Resorts” və “Barcelo Hotels & Resorts” otel şəbəkələrinin nümayəndələri Dominikan Respublikası Turizm Nazirliyinin stendində fəaliyyət göstərəcəklər.



Tərəfdaşlar