EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - AITF 2016 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
Media мərkəz » Xəbərlər

AITF 2016 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
06.04.2016

Xəbərlər

Bu gün,  6 aprel saat 12:00-da Trend informasiya agentliyində “AITF 2016” 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Mətbuat konfransında 30-dan çox media-nümüyəndələri iştirak etmişdi. Onların arasında: AzTV, APA Tv, AzərTac, CBC, İctimai TV, Lider TV, Profi.Travel (Rusiya), Region TV, SIA, Trend və s. Mətbuat konfransında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, “Iteca Caspian” şirkətinin icraçı direktoru cənab Fərid Məmmədov və xanım Cəmilə Quliyeva, sərginin meneceri iştirak etdilər. Mətbuat konfransı əsnasında jurnalistlərə yeni istiqamətlər, milli stendlər və statistik göstəricilər haqqında məlumat verildi. Həmçinin mətbuat konfrans ərzində AITF sərgisinin yubiley proqramı barədə məlumat verilmişdir. Tədbirin sonuna yaxın bütün KİV nümayəndələri sabah, yəni 7 aprel tarixində saat 15.00-da rəsmi şəxslərin iştirakı ilə “Bakı Ekspo” mərkəzində keçiriləcək açılış mərasiminə dəvət edildilər.

Xatırladaq ki, “AITF” sərgisi 7-9 aprel tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək.



Tərəfdaşlar