EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisi

8 - 10 aprel 2021 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi hesabatı 2019

Rəylər
AITF - Yubiley sərgi koloritinin sirləri
Media мərkəz » Xəbərlər

Yubiley sərgi koloritinin sirləri
07.04.2016

Xəbərlər

Aleksandra Streltsova,

Dominikan Respublikası Turizm Nazirliyinin Türkiyə, Yaxın Şərq və Mərkəzi Asiya üzrə nümayəndəliyin direktoru

– Biz bu il öz stendimizdə (turizm istiqaməti kimi) Dominikan Respublikası ilə yanaşı, ölkənin kompleks paketli (“all-inclusive”) otelləri olan iki beşulduzlu “Baie” və “Barcelo” otellər şəbəkəsini və ümumilikdə, “Luxury” (lüks) və “MICE” (görüşlər, həvəsləndirici turlar, konfrans və sərgilər) seqmentlərini qəbul etməyə hazır olan geniş otel infrastrukturunu təqdim edirik. Dominikan Respublikası o qədər də yaxın ölkə deyil və kütləvi şəkildə ziyarət olunmur. Lakin bizim nazirlik tərəfindən həyata keçirilmiş fəal reklam kampaniyası Azərbaycandan gələn turistlərin sayını artırır.

“AITF” sərgisində iştirak bizim üçün xoş bir ənənəyə çevrilir və qeyd etmək istərdim ki, yubiley “AITF” sərgisinin təşkilatçıları tərəfindən təklif olunan yeniliklər sərgi iştirakçılarını çox sevindirib. Sərgi çərçivəsində seminarın təşkili (yerli turoperatorlarla işgüzar əlaqələr qurmaq baxımından) imkanlarımızı çox genişləndirib. Axşam ziyafəti çərçivəsində karnavalın keçirilməsi isə ölkəmizin mədəniyyətini daha geniş şəkildə təqdim etməyə imkan verir. Bu ənənəvi bayram tədbirində müxtəlif ölkələrin milli geyimləri və özəllikləri sərgiyə böyük kolorit verir.

 



Tərəfdaşlar