EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Unikal Kataloniya regionu
Media мərkəz » Xəbərlər

Unikal Kataloniya regionu
07.04.2016

Xəbərlər

Tatyana Mixaleva,

Kataloniya Turizm İdarəsinin (Catalan Tourist Board) Şərqi Avropa ölkələri üzrə İctimai əlaqələr (PR) meneceri

- Biz sərgidə Azərbaycan turistlərinin yaxşı tanıdıqları və paytaxtı Barselona şəhəri olan Kataloniya (İspaniya) Muxtar Vilayətini təqdim edirik. Bizim stenddə Kataloniya bölgəsinin bir sıra regionları – Kosta-Dorado rayonunun cənub sahilləri, xüsusilə də geniş “Salou” kurortu, eləcə də iştirak edən üç şirkət – “Novovira”,“Ankodes” və “Etsas” haqqında məlumat əldə etmək mümkündür.  Kataloniya Aralıq dənizi və Pireney dağlarının, eləcə də bir sıra tarixi və mədəni abidələrin qonşuluğunda yerləşən unikal regiondur. 2016-cı il Kataloniyada “Qastronomiya və Enoturizm ili”, yəni milli mətbəx və çaxırçılıq ili elan edilib və biz bölgənin bu ənənələri barədə sərgi ziyarətçilərinə ətraflı məlumat veririk.

Yay mövsümündə Bakı və Barselona şəhərləri arasında birbaşa aviareyslərin açılması, eləcə də təklif etdiyimiz turizm istiqamətinin Azərbaycan bazarında təbliğ edilməsi son illər Kataloniyanı tanınmış və populyar istiqamətə çevirmişdir. Dəqiq statistik məlumatları təqdim edə bilməsəm də, otellər və daxili turizm şirkətləri Azərbaycandan gələn turistlərin sayca artdığını qeyd edirlər.

Bu, bizim “AITF” sərgisində ilk iştirakımız deyil və biz bu il yubiley sərgidə məmnuniyyətlə iştirak edirik. Bu tədbir bizim üçün nüfuz məsələsidir və burada turizm istiqamətinin populyarlaşdırılması həyata keçirilir. Qeyd etmək istərdim ki, bizi həm yerli turizm agentlikləri, həm də son istehlakçılarla, yəni turistlərlə görüşlər maraqlandırır.

 



Tərəfdaşlar